Barbara Qonzalez (d. 15 yanvar 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Barbara Qonzalez, İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib.
Barbara Qonzalez | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Bárbara González Oteiza |
Vətəndaşlığı | İspaniya |
Doğum tarixi | |
İdman növü | Bədii gimnastika |
Barbara Qonzalezin bacısı, Lara Qonzalezdə bədii gimnastdır.
Barbara Qonzalez, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Barbara Qonzalez növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, İsabel Paqan, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.