Barclays (Barkleys) — Birləşmiş Krallıqda və dünyanın ən böyük maliyyə konqlomeratlarından biri.[2][3][4] Avropa, ABŞ və Asiyada geniş fəaliyyət göstərir. Konqlomeratın əməliyyatları aktivlərinə görə (HSBC-dən sonra) Birləşmiş Krallıqda[5] ikinci ən böyük bank olan törəmə "Barclays Bank PLC" vasitəsilə həyata keçirilir. 2011-ci ildən bəri qlobal sistem baxımından əhəmiyyətli banklar arasında yer alır.[6]
Barclays | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | publik məhdud məsuliyyətli şirkət[d] |
Sənaye | Maliyyə xidmətləri |
Məhsulu | Kommersiya bankı |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
home.barclays | |
Vikianbarda əlaqəli mediafayllar |
"Barclays"ın ən qədim sələfi 1690-cı ildə London zərgərləri tərəfindən qurulmuşdur.[7] Bankın qara qartal loqosu 1728-ci ildə, "Barclays" adı isə 1736-cı ildə Henri Barkley bankda tərəfdaş olduqdan sonra göründü. 1785-ci ildə yeni tərəfdaş Con Trittonun gəlməsi ilə bank "Barclays, Bevan, Bening və Tritton" kimi tanındı.
Müasir bank 1896-cı ildə, bir sıra London və əyalət ingilis bankları, onların arasında ən diqqət çəkənləri "Backhouse's Bank of Darlington" və "Gurney's Bank of Norwich, Barclays Co." markası altında fəaliyyət göstərməyə başlayanda yaranıb.
XX əsrin birinci yarısında "Barclays" daha kiçik bankların alınması yolu ilə genişləndi. Ən əhəmiyyətli satınalmalar: