Bardaça gölü[1][2][3] (serb. Језеро Бардача) — Göl və bataqlıqlardan ibarət olan su sistemi Bosniya və Herseqovinanın tərkibinə daxil olan Bosniya Serb Respublikasının şimalında qərarlaşır. Bu su kompleksinə su basmış quru sahələri və meşə sahələri daxildir.
Bardaça gölü | |
---|---|
serb. Језеро Бардача | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 100 m |
Eni | 1,7 km |
Uzunluğu | 5,5 km |
Sahəsi | 7,32 km² |
Dərin yeri | 2,5 m |
Yerləşməsi | |
45°06′06″ şm. e. 17°26′26″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl təqribi olaraq Banya-Lukadan 30 kilometr aralıda yerləşir. Gölün uzunluğu 5,5 km, eni 1,7 km, maksimal dərinliyi 2,5 metrdir. Gölün ümumi sahəsi 7,32 km²-dir. Göl və ətrafında yerləşən bataqlıqlar qorunan təbiət abidəsi elan edilmişdir. Göl dəniz səviyyəsindən 100 metr yüksəklikdə qərarlaşır.
Gölün yerləşdiyi rayon ərazisindən üç çay axır: Matura, Stublaya və Brzaya. Bu üç çay naviqasiya üçün yararlı deyil. Bununla belə bu çaylar göllər kompleksinin qidalanmasında mühüm yer tutur.
Göl ətrafında bir sıra iri şəhərlər vardır: Qradişka — 25 km, Laktaşı — 30 km, Banya-Luka — 45 km. Gölün 20 km yaxınlığında magestral şose yolu keçir. 30 km aralıda isə Maxovlyani aeroportu yerləşir.
Komkleksin tərkibinə ölçülərinə görə müxtəlif göllər daxildir:
Göl | Sahəsi |
---|---|
Preslaka | 160 ha |
Luq | 72 ha |
Rakitovas | 80 ha |
Sinak | 60 ha |
Nesik | 40 ha |
Mali Daykovas | 15 ha |
Brzayski | 10 ha |
Veliki Daykovas | 20 ha |
Duqo Pole 1 | 128 ha |
Duqo Pole 2 | 110 ha |
Gölün bataqlıqlaşmış sahələrində 280 növ bitki, 178 növ quş və 26 növ balıq yaşayır. Göldə çoxlu sayda quşların yaşamasının müxtəlif səbəbi vardır. Yırtıcı heyvanlardan qorunmaları üçün əlverimli şərait vardır. Quşların bir qismi burada yuva quraraq bala çıxarır bir qismi isə qışlayır. Göl kənarında Qağayı, və s quşlara rast gəlmək olar.