Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur.
Bartın | |
---|---|
41°38′04″ şm. e. 32°20′15″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Bartın ili |
Məmur | Sinan Günər |
Bələdiyyə başçısı | Camal Axın (CHP) |
Tarixi və coğrafiyası | |
Hündürlük
|
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 378 |
Poçt indeksi | 74100 |
Avtomobil nömrəsi | 74 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi.[1]
7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
İlçədən asılı olaraq mərkəz istisna olmaqla ilçə mərkəzinə 3 şəhər, 178 kənd və 2144 məhəllə bağlıdır. 66.091 nəfər şəhərdə, 81.381 nəfəri kənd bölgələrdə olmaqla, ümumilikdə 147.472 nəfər əhalisi var.[2][3]
Bartın daha sonradan il statusu aldığı üçün Türkiyənin əhali baxımından ən kiçik illərindən biridir. Şəhərdə 1 yerli televiziya kanalı və 2 yerli radio kanalı var.