Bartanq çayı

Bartanq çayı (digər adları Оksu[1]/Аksu, digər dillərdə Muqrab) — Əfqanıstan əyaləti olan Bədəxşanda yerləşən, Pənc çayının sağ qolunu əmələ gətirən və tacik Qorno-Badaxşan muxtar vilayətinə aid olan çaydır. Çayın uzunluğu — 528 kilometrdir. Hövzəsinin sahəsi 24 700 km² təşkil edir.

Bartanq çayı
Ölkə  Əfqanıstan
Mənbəyi Çakmaktın
Mənsəbi Pyanc
Uzunluğu 528 km
Su sərfi 128 m³/san
Hövzəsinin sahəsi 24700 km²
Bartanq çayı (Əfqanıstan)
mənbəyi
mənsəbi
Bartanq çayı Əfqanıstanın fiziki xəritəsində:

37°14′42″ şm. e. 74°14′03″ ş. u.HGYO

37°55′37″ şm. e. 71°35′31″ ş. u.HGYO
Murqab çayındakı təbii bənd
Şabau gölü (solda)
Sarez gölü (sağda)

Çay Çakmaktın dağlıq gölündən axır, Əfqanıstanın ekstremal əyaləti olan Badaxşan əyalətindən şimal-şərqdə yerləşmişdir. Badaxşanın təxminən 30 kilometr məsafəsindən axıb keçir.

Əsasən buzlaqların və qarların əriməsi nəticəsində çay qidalanır. Maksimal çayın su bolluğu iyul ayında müşahidə olunur. Mənbəyində orta illik suyun sərf edilməsi 128 m³/san təşkil edir.

  • "Оksu/Аksu" — qırğ. Ак суу — bəyaz su, təmiz su mənasına gəlir. Çay axının tezliyiylə fərqlənir. Ona görə də su ağ rənglə köpüklənir və həmin rəngi alır.
  • "Muqrab" — tacik dilindəki marq (otlaq) + ob (çay) sözlərinin birləşməsindən əmələ gəlmişdir və "otlaqlardan axıb keçən çay" mənasına gəlir. Çay həmçinin axıb keçdiyi Murqab rayonunun şərəfinə adlandırılmışdır. Murqab rayonu Tacikistanın Qorno-Badaxşan muxtar vilayətinin mərkəzi rayonudur.
  • "Bartanq" — (tac. бартангdar yol) — Pənc çayına tökülənə qədər Qudara çayının Murqaba hissəsindəki çayı ilə qovuşur. Bu sahənin uzunluğu 133 kilometr təşkil edir və çayın ümumi uzunluğunun dörddə birini təşkil edir.

Çay suvarma üçün quraqlıq rayonlarda geniş istifadə olunur. Çayda sovet vaxtında hidro elektro stansiya oaln Şudjand stansiyası tikilmişdi.[2]

  1. Карта Китая, масштаб 1:6 000 000, Роскартография, 2008 год.
  2. Bruce Bolt, W.L. Horn, G.A. Macdonald and R.F. Scott, (1975) Geological hazards: earthquakes, tsunamis, volcanoes, avalanches, landslides, floods Springer-Verlag, New York, ISBN 0-387-06948-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]