Bartoldi muzeyi

Bartoldi muzeyi — fransız heykəltaraş Avqust Bartoldiyə həsr olunmuş muzey. Rəssamın doğulduğu yer olan Kolmarda yerləşir. Muzey "Fransa Muzeyi" kimi qeyd olunur.[3] 2011-ci ildə Mədəniyyət və Rabitə Nazirliyi tərəfindən binaya Fransa keyfiyyət nişanı olan “Maisons des Illustres” (azərb. Məşhurların Evləri‎) statusu verilib. Həyətində "Statue des grands soutiens du monde" (azərb. Dünyanın böyük dayaqları heykəli‎) adlı bir heykəl var. 17-ci əsrə aid iki qapı 1926-cı il iyunun 18-də tarixi abidə kimi qeydə alınıb. 2012-ci ildə muzeyi 16.000-dən çox insan ziyarət edib.[4][5]

Bartoldi muzeyi
Əsası qoyulub 1922
Ölkə
Yerləşir Kolmar
Ziyarətçi sayı
  • 27.333 nəf. (2019)[1]
Telefon +33-3-89-41-90-60[2]
48°04′36″ şm. e. 7°21′27″ ş. u.
Bartoldi muzeyi xəritədə
Bartoldi muzeyi
Bartoldi muzeyi
musee-bartholdi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri[redaktə | mənbəni redaktə et]

Muzeydə nümayiş olunan bir çox başqa əsərlər arasında Bartoldinin əsərləri də var və bunlara heykəltaraşın şəhərdə yaratdığı abidələrin hazırlıq maketləri daxildir:

  • general Rappın heykəli
  • Rosselmann fəvvarəsi
  • Hirn abidəsi
  • Şvendi fəvvarəsi
  • Martin Şonqauer heykəli
  • Admiral Bruatın heykəli
  • Kiçik şərabçı heykəli
  • Elzaslı çəlləkçi heykəli
  • Belfort Şiri üçün hazırlıq modelləri
  • Polşanın rus çarlarına qarşı son vətənpərvərlik üsyanını simvolizə edən "Müasir şəhid" (Prometey|Prometey mifinin alleqoriyası);
  • Bartoldi Fəvvarəsi üçün at başının hazırlıq modeli;
  • Muzeydə, həmçinin Elzas|Elzasda əsrlər boyu məşhur olan yəhudi icmasının mövcudluğuna dəlalət edən əşyalar toplusu qorunmaqdadır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fransa Mədəniyyət Nazirliyi Fréquentation des Musées de France. Fransa Mədəniyyət Nazirliyi.
  2. Muséofile (fr.). ministère de la Culture.
  3. "Audioguides" (French). Office du tourisme de Colmar. 5 iyun 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2013.
  4. "Musée Bartholdi" (French). culture.fr. 1 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2013.
  5. "Le Point Colmarien" (French) (228). March–April 2013.