Basaman

Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır.

(Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir. Basa / Masa / Paza / Pasa sözü türkcədə, Mas/Ması sözü isə monqolca və tunquscada çoxluq, ənginlik, məşhurluq ifadə edər.