Bask torpaqları (bask Euskal Herria; isp. País Vasco; fr. Pays basque) Baskların yaşadığı regiondur.[2] Bask torpaqları Biskay körfəzinin ən daxili hissəsində, Pireney dağlarının qərb hissəsində, Fransa və İspaniya sərhədində yerləşir. Region birinci dəfə XVI əsrdə bask dilində Euskal Herria adı ilə qeyd edilmişdir.[3]
Bask torpaqları | |||
---|---|---|---|
| |||
• Əhali |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Bask torpaqları İspaniyanın Basklar ölkəsi və Navarra muxtar regionlarını və eyni zamanda da Fransa Bask ölkəsini əhatə edir. Bask torpaqlarında heç bir mədəni homogenlik yoxdur və həmçinin də regiona Cənubi Navarra kimi bask mədəniyyətinin hakim olmadığı və baskların azlıq təşkil etdiyi yerlər də daxildir.[4]
Bask torpaqlarının Bask dilindəki adı olan Euskal Herria termini bir ifadədir və aşağıdakı kimi təhlil edilə bilər:
Bask dilində Herri: xalq; ölkə, vətən, torpaq; insanlar, əhali; qəsəbə, şəhər, yaşayış məntəqəsi, yaşayış sahəsi[5]
Bask dilində Euskal: Euskara isminin sifət forması. Euskara sözü bask dili deməkdir.[5]
Buna görə də sözügedən ifadənin hərfi tərcüməsi belədir: Bask dilinin torpağı/ölkəsi/milləti/insanlarının məskunlaşdıqları məkan