Batabat (içki)

Batabat (içki) - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu.

Bu suyun mənbəyi dəniz səviyyəsindən 1700 m yüksəklikdə, Naxçıvan şəhərindən 62 km şimal-şərqdə, Şahbuz rayonu ərazisində yerləşir. Bu su karbonatlı, hidrokarbonatlı, kalsium-natrium-maqneziumlu olub, minerallaşmada dərəcəsi 0,5 q/l-dir.

Bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir.