Batail zona- dəniz və okeanların batial zonasında ( sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülərə deyilir. Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%- ni örtür, əsasən materik yamaclarında yayılmışdır.[1]