Bataqlıq polikariyası

Pulicaria uliginosa Stev. Ex DC. = P. Dysenterica - Hündürlüyü 25-60 (80) sm, gövdəsi düz, adətən qalxanşəkilli, az hallarda süpürgəvaribudaqlanmış formada, qısa-yumşaq tüklü, bozumtul-yaşıl olan çoxillik ot bitkisidir [1].

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları oturaqdır, yumşaqdır, üst tərəfdən qabarıq-tükcüklü, alt tərəfdəndən nazik və bozumtul-keçəli tüklüdür, uzunsovneştərvaridir, dəyirmi qulaqcıqları ilə gövdənin həcmini ürəkşəkilli artırandır, sivridir, kənarlardan dalğalıdır, tamkənarlı və ya xırda seyrək dişlidir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Səbət yarımşarşəkilli olub, eni 7-10 mm-dir, yarpaqla örtülmüş, uzun saplaqda yerləşimişdir. Qını keçə-tüklüdür; yarpaqcıqları çoxsaylıdır, ensiz- neştərvari-xətvari formadadır, təpə hissədə uzun sivriləşmişdir. Kənar çiçəklərin dilciyi sarı rənglidir, ensiz-xətvari, qatlanmış vəziyyətdə olub,qından uzundur.

Meyvə[redaktə | mənbəni redaktə et]

Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsovdur, az tükcüklüdür; kəkili ağ rəngdədir, 3-4 dəfə ondan uzundur.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyul-Oktyabr (Noyabr) Meyvə verməsi: Avqust-Oktyabr (Noyabr)

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), Kür-Araz oval., BQ şərq, Nax. dağ., Lənk. oval.. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Rütubətli yerlərdə, bataqlıqların, çayların kənarında, arxlarda, düyü sahələrində və mədəni əkin sahələrində rast gəlinir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016