Batdaxlıq ağtəpəsi

Batdaxlıq ağtəpəsi - (lat. Pamassia palustris L.). Parnasiyakimilar- (Pamassiaceae S.F.Gray.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir- NT.Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5–12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir. Toxumları çoxsaylıdır.[3]

Bioloji, ekoloji ve fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

İyun və iyul ayları çiçəkləyir va toxumlayır. Yuxarı dağ qurşağının rütubətli yerlərində rast gəlinir. Mezofit bitkidir.[3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın cənub, şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsidir.[5]

Sayı ve tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpasında mənfi təsirlərin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyllidir.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma) və iqlim amillərinə həssaslıqdır.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Populyasiyanı nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://redbook.az/?options=project&id=Batdaxl%C4%B1q%20agt%C9%99p%C9%99si[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 Флора Азербайджана, 1955
  4. Əsgərov A.M., 2006
  5. MəmmədovQ., Yusifov E., Xəlilov M., Kərimov V., 2012