Batrakofobiya — quru və su qurbağası qorxusu kimi qəbul edilən bir fobiya növüdür. Qurbağa fobiyası və ya ranidafobiya kimi də tanınır. Bu həm də bir çox mədəniyyətlərdə xurafatdır. Psixiatriya ədəbiyyatında xüsusi bir termin əvəzinə “qurbağa qorxusu” kimi istifadə olunur. Batrachophobia termini 1953-cü il psixiatriya lüğətində də yer alır.
Bəzilərinə görə qurbağa görmək pis əlamət sayılır. Ümumi bir mif, qurbağalara və su qurbağalarına toxunmanın ziyillərə səbəb olmasıdır. Qurbağaların yaxşı əlamət hesab edildiyi mədəniyyətlər də var. Yohannesburq zooparkının tədqiqatçıları tərəfindən aparılan araşdırmalar göstərib ki, bu gün qədim mövhumatların təsiri zəifləyib və uşaqlar daha çox qurbağaların zəhərli və ya zərərsiz olması ilə bağlı narahatlıq keçirirlər.
Qurbağa qorxusu çox vaxt qurbağaların vəhşicəsinə ölümünün şahidi olduqdan sonra yaranır. 1983-cü ildə Journal of Behavioral Therapy and Experimental Psychiatry jurnalında təsvir edilən bir hadisədə, bir qadın qazonbiçən ilə bir qrup qurbağanın üzərinə qaçdığı zaman travmatik hadisədən sonra qurbağalara qarşı həddindən artıq qorxu hissi yaranmişdır.[1]