Batur Emin Akyel

Batur Emin Akyel- Türkiyəli yazar, rejissor və prodüsser. 30.09.1976-cı ildə Türkiyənin Dənizli şəhərində doğulub.

Batur Emin Akyel
Məlumat
Cinsi Kişi
Peşə Rejissor
Dini Müsəlman
Milliyyəti Türk

Həyatı[redaktə | mənbəni redaktə et]

Batur Emin Akyel 30 sentyabr 1976-cı ildə Türkiyənin Dənizli şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Aydın vilayətinin Nazilli şəhərində alıb. 1999-cu ildə Ege Universitetində radio-televiziya və kino ixtisası üzrə təhsil alıb. Təhsil aldığı dövrdə İstanbula gələn Batur Emin Akyel başda Osman Sınav olmaqla bir çox yönətmənlərin yanında çalışaraq rejissor ixtisasına yiyələnib.

O, peşəkar karyerasına 1996-cı ildə rejissor assisenti kimi başlayaraq, sonralar ikinci rejissor, ssenarist, redaktor, pradyüser kimi bir çox layihələrdə çalışıb. 2000-2013-cü illərdə Koliba Film şirkətində baş direktor olaraq çalışıb.

Daha sonra o karyerasını özünün yaratdığı İqlim Film və CABIN Creative Agency-Events –də davam etdirmişdir. Kırşehir Ahi Evran Universiteti, Elazığdakı Fırat Universiteti, İstanbuldakı Özəl Üsküdar Universitetləri kimi ali təhsil ocaqlarında təcrübə- seminar proqramlarında iştirak edib. 2018-ci ilin noyabrında Azərbaycanın ilk Turizm və Biznes kanalı olan Qafqaz TV-nin dəvəti ilə Bakıya gələn Batur Emin Akyel burda  rejissoru olduğu “Məddah” filminin göstərisində iştirak edib.

Qafqaz TV-nin direktoru, yaradıcı yönətmən Eltən Qədimbəylinin müəllifi olduğu “Çöldə Yaşam Öyüdləri” verilişinin qonağı olub və bu verilişdə öz uğur açarını paylaşıb.[1]

Batur Emin Akyel hazırda “MEDİAMASTER” film şirkətində bədii rəhbər olaraq çalışır və Qafqaz TV ilə məsləhətçi kimi iş birliyi var.

Bakıda yaşayır, ailəlidir, 2 övladı var.

Filmoqrafiyası[redaktə | mənbəni redaktə et]

TV karyerası zamanı çəkilişlərində iştirak etdiyi  600 bölümdən çox serialların bir hissəsi, başda Türkiyə olmaqla əllidən çox ölkədə yayımlanaraq uğur qazanıb.

Filmlərdə[redaktə | mənbəni redaktə et]

  1. Vali (2009)
  2. Karvan 1915 (2015) [2]
  3. Arabani (2013) adlı İsrail filmi kimi filmlərdə həmrejissor olub.[3]

Prodüsseri olduğu film:

Məddah (2013)[4]

Yazarı olduğu filmlər:[redaktə | mənbəni redaktə et]

Vali (2009)[5]

Məddah (2013)[4]

Rejissoru olduğu filmlər

Vali (2009)[5]

Məddah (2013)[4]

İştirakçısı olduğu kinofestivallar[redaktə | mənbəni redaktə et]

  • 33-cü  Qahirə Film Festivalı (Misir -2010)
  • 13-cü Boston Beynəlxalq Film Festivalı (2013- ABŞ)
  • 11-ci Bankok Dünya Film Festivalı (2013- Tayland)
  • 18-ci Kerala Beynəlxalq Film Festivalı (Festivalın rəsmi hissəsində. 2013- Hindistan)
  • 2-ci Roterdam Qırmızı Tülpan Film Festivalı (2014- Niderland)

Mənbələr[redaktə | mənbəni redaktə et]

1.    http://www.kameraarkasi.org/yonetmenler/batueminakyel.html

2.    https://cz-news.net/news/batur+emin+akyel

3.    http://www.beyazperde.com/sanatcilar/sanatci-254225/

4.    https://mywed.com/ru/photographer/Cabin/

5.    https://www.intersinema.com/batur-emin-akyel-filmleri/

6.    https://www.trthaber.com/haber/kultur-sanat/8-yeni-film-vizyonda-122401.html

7. Batur Emin Akyel - IMBD

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  2. "Arxivlənmiş surət". 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  3. "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  4. 1 2 3 "Arxivlənmiş surət". 2020-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  5. 1 2 https://www.youtube.com/watch?v=CwN7dJSF2xk