Bavi

Bavi — Sasani generalı, ordu komandanı. Əhəmənilər dövründən gələn İspahbudan sülaləsindən idi.

Bavi
Şəxsi məlumatlar
Ləqəbi Aspedebes
Doğum tarixi ?
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Ktesifon
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sasanilər imperiyası
Rütbəsi Sipahbəd
Döyüşlər

Bavinin ilkin həyatı haqda məlumat yoxdur. Bacısı I Qubadla evləndiyi üçün onun adına rast gəlinir. I Anastasiusa qarşı müharibələrdə və sülh danışıqlarında iştirak etmişdi. 530-cu ildə Sasani ordusunun başında olmuş, Martiropolisi mühasirəyə almışdı. Lakin Qubadın qəfil ölümü ilə geri çəkilməyə məcbur olmuşdu. Taxta qardaşıoğlu Xosrovun çıxmasını bəyənməmiş, bir neçə əyanla birlikdə onu devirib yerinə qardaşı Camaspı gətirmək istəmişsə də planı ifşa olmuşdu. 531-ci ildə edam edilmişdir.

Xosrov Ənuşirəvanın dayısıdır.[1] Onun Şapur adlı bir oğlu da olmuşdur. Bavinin Şapurdan olan qız nəvəsi IV Hörmüzlə evlənmiş, bu evlilikdən II Xosrov doğulmuşdur. VistəhmVinduyih adlı nəvələri də sərkərdə olmuş, Bəhram Çubini devirməkdə köməkçi olmuşlar.[2]

  1. Pourshariati, Parvaneh (2008). Decline and fall of the Sasanian Empire. New York: IB Tauris & Co Ltd. ISBN 978-1-84511-645-3.
  2. Procopius (2007). Müharibələr tarixi: Kitablar 1-2 (Farslarla müharibə). Cosimo, Inc. ISBN 1602064458.