Baxışına vuruldum (film, 2002)

Baxışına vuruldum (Rom: Akhiyon Se Goli Maare) — Qovinda, Raveena Tandon, Kader Xan, Şakti Kapur, Asrani və Conni Leverin rol aldığı 2002-ci ildə Harmesh Malhotranın rejissorluğu ilə çəkilmiş hindi dilli komediya filmidir. Film 2 avqust 2002-ci ildə nümayiş olunmuşdur. Filmin adı 1998-ci ildə çəkilmiş Dulhe Raja filminin eyni adlı mahnısından götürülmüşdür[1][2].

Baxışına vuruldum
Baş rollarda
İlk baxış tarixi 2002
Ölkə
Dil Hind dili
IMDb ID0331421

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Akelinder və ya Bhangari Dadanın Çor bazarında qanunsuz işlətdiyi dükanı mövcuddur və o, həyat yoldaşı və yeganə qızı Kiranla bərabər yaşayır. Bhangari qızını qanqsterə ərə vermək istəyir, ona görə də belə bir bəy axtarışına başlayır. O, Şakti Dadanı tapır və onun Kiranla evlənməsini istəyir, lakin Kiran artıq cinayətlə heç bir əlaqəsi olmayan varlı iş adamı olan Racı sevir. Lakin atasını razı salmaq üçün o, Racı hələlik qanqster kimi görünməyə razı salır. Bunun üçün onlar Subramaniam adlı məşqçi axtarıb tapırlar və o, Raca qanqster kimi fəaliyyət göstərməyi öyrədir. Nəhayət, Rac özünü qanqster kimi göstərməyə müvəffəq olur, lakin Bhangarinin atasının qəfildən meydana çıxması ilə işlər dəyişir və o Kiranın qanqsterlə evlənməsini istəmir. Rac öz imicini təmizləyə biləcəkmi?

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Verma, Sukanya. "rediff.com: Movies: The Rediff Review: Ankhiyon Se Goli Maare". Rediff. 2 August 2002. 22 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2022.
  2. "Akhiyon Se Goli Maare". Sify (ingilis). 17 April 2003. 28 April 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 April 2022.