Baykovski körpüsü

Baykovski körpüsü — Rostov-na-Donu şəhərində 1864-cü ildə inşa edilən edilən körpü. Körpü Qeneralnaya axarı üzərində inşa edilmişdi. Körpü öz adını o zaman şəhər rəhbəri olmuş Andrey Matveeviç Baykovun adından almışdır. Qalıqları günümüzə gəlib çatmamışdır.

Baykovski körpüsü
rus. Байковский мост
Xəritə
47°13′17″ şm. e. 39°42′25″ ş. u.HGYO
Yeri Rostov-na-Donu
Material ?
Açılışı 30 avqust 1864
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi Baykovski körpüsünün inşasına 1840-cı ildə bsşlanılmışdır. Bu zaman şəhər rəhbəri Andrey Romanoviç Yaşenko Qeneralnaya axarı üzərindən körpünü inşa etməyi qərara alır. Bu körpüyə ehtiyac əsasən pis havalarda yaranırdı[1].. Xüsusi ilə Rostov yarmarkası zamanı ehtiyac daha çox duyulurdu[2]. Axarın digər hissəsinə keçmək provlem yaradırdı, üstəlik əşyaları digər hissəyə keçirmək olduqca çətin idi[3].

Şəhər duması bu ehtiyacların ödənilməsi məqsədi ilə mövcud taxta körpünün yerinə daş körpünün inşasını qərara alır. Belə ki, taxta körpünün artıq təmirə ehtiyacı vardı[4]. 1857-ci ildə binanın smetə dəyəri arxitektor Lıkov tərəfindən hesablanmışdır. Onun inşasına ümumilikdə 4955 rubl 26 qəpik tələb olunurdu. Bu zaman şəhər rəhbəri Andrey Matveeviç Baykov olur. Nəhayətdə axar üzərində inşa edilən körpünün açılışı 30 avqust 1964-cü ildə gerçəkləşdirilir. 2013-cü ilin mart ayına olan məlumata görə körpüdə olan memorial lövhə və boru günümüzə qədər gəlib çatşamışdır[5]. Baykovski körpüsü belə günümüzə gəlib çata bilməmişdir.

Körpünün evi 20 sajrn təşkil edirdi. Körpünün daxili hissəsi kərpiçdən, divarları isə daşdan inşa edilmişdir.

  1. "Ростов эпохи Байковской// Донской временник. Краеведческий библиотечно-библиографический журнал". 2016-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  2. История города Ростова-на-Дону. Очерк с рисунками в тексте. Составил А. М. Ильин, 1909 год. 153 с. — С. 68/70
  3. "Старый Ростов во времена Байкова". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  4. "Генеральная балка//Источник: Сидоров В. С. Энциклопедия старого Ростова и Нахичевани-на-Дону: В 6 т. Ростов-на-Дону: Гефест. Т. 4. 1996. 404 с". 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  5. "Байковский мост-коллектор". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.