Baylar (özlərini baytszılar, baynilər – “ağ adamlar” adlandırırlar; 1956-cı ilədək Çin dilində mintszyalar, lisu dilində lemolar, nasi dilində namalar adlanırdılar) — Çinin cənub-qərbində yaşayan xalq. Sayları 1,858,063 nəfərdir (2015)[1].
Baylı qadınlar | |||
Özünüadlandırma | |||
---|---|---|---|
çin. 白族; 白和 | |||
Ümumi sayı | |||
1,858,063 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Əksəriyyəti (85%) bay xalqının Dali muxtar mahalında (1956-cı ildə yaradılmışdır), Yunnan əyalətinin qonşu qəzalarında, həmçinin Sıçuan, Xunan və Quyçjou əyalətlərində yaşayır. Erkən ayrılan Çin dillərindən biri olan və Tibet-Birma dillərinin təsirinə məruz qalan bay dilində danışırlar; Çin tədqiqatçılarının fikrincə bu dil Tibet-Birma dillərinə aiddir; üc dialekti var. 1950-ci illərdə latın qrafikası əsasında yazı sistemləri yaradılmışdır. VIII əsrdən heroqlif yazı sistemi (bouen, boven, lao-bayuen, lao-bayven) mövcud olmuşdur. Çin dili də yayılmışdır. Dindarların əksəriyəti (65%) ənənəvi dini etiqadlarını saxlayanlardır; 30%-i daosizimin elementlərini daşıyan buddistlər (mahayana), 5%-i isə xristianlardır.[2][3]
Bəzi tədqiqatçılara görə, e.ə. III əsrdə bu ərazidə məskunlaşmış Çin əsgərlərinin nəsilləridir. Bayların yaşadığı ərazi VIII–X əsrlərdə Nançjao, X–XIII əsrlərdə Dali dövlətlərinin, Min dövründə (XIV–XVII əsrlər) isə qəti olaraq Çinin tərkibinə qatılmışdır. Ənənəvi mədəniyyətləri Şərqi Asiya xalqları üçün səciyyəvidir. Xış əkin çiliyi (düzənlik zonalarda çaybasar çəltikçiliyi, taro, şəkər qamışı, pambıq, çətənə, çay, dağlıq zonalarda dəmyə çəltikçilik, arpa, qarabaşaq) və maldarlıqla (yerli at cinsi məşhurdur) məşğuldurlar. Mərmər üzərində oyma, gümüş və lak işləməli əşyaların hazırlanması inkişaf etmişdir. Galereya ilə əhatə olunmuş karkaslı (divarları çiy kərpicdən, yaxud gil möhrədən), adətən ikimərtəbəli evlər, həmçinin keçədən və ya dəridən bayramlıq qısa çiyinliklər səciyyəvidir.
XX əsrin ortalarınadək qohum ailələrin birgə yaşaması, torpaq üzərində icma mülkiyyəti, krosskuzen nikahı, poliginiya mövcud olmuşdur. Mahnı və rəqs folkloru əsasında musiqili dramın yerli variantı formalaşmışdır. Dağ, günəş, şimşək, ağac və s. ruhlarına inam, həmçinin şamanizm qalmaqdadır.