Bayquş (film, 1924)

Bayquş — rejissor Georgi Kravçenko tərəfindən 1924-cü ildə ekranlaşdırılmış tammetrajlı bədii film. AFKİ-də istehsal edilmişdir. Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları filmdə öz əksini tapmışdır. Əsas rolları Abbas Mirzə Şərifzadə, Ağarza Quliyev, Möhsün Sənani və Aleksandr Makovski ifa edirlər.

Bayquş
Janr dram
Rejissor Georgi Kravçenko
Ssenari müəllifi Leo Mur
Baş rollarda Abbas Mirzə Şərifzadə
Ağarza Quliyev
Möhsün Sənani
Aleksandr Makovski
Operator V.Lemke
İstehsalçı AFKİ
İlk baxış tarixi 12 sentyabr 1924
Filmin növü tammetrajlı bədii film
Müddət 64 dəq.
Ölkə SSRİ SSRİ
Dil səssiz
Texniki məlumatlar 6 hissə
1750 metr
Rəng ağ-qara
IMDb ID2081180

Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları kinodramda öz əksini tapmışdır.[1]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Leo Mur
Rejissor: Georgi Kravçenko
Operator: V.Lemke
Abbas Mirzə Şərifzadə — Xan
Ağarza Quliyev — Əli
Möhsün Sənani
Aleksandr Makovski
  1. Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 22-23
  • Məmməd Səid Ordubadi ("Kəndli"). “Kino aktyorları Hökməlidə” [Bakının Hökməli kəndində çəkilmiş "Bayquş" kino filmi haqqında] //Yeni yol.- 1924.- 16 oktyabr.
  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 38.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.