Bayquşlu bina (Novoçerkassk)

Bayquşlu binaRostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Novoçekassk şəhəri Sovetski ilə Dubrovski küçələrinin birləşdiyi yerdə yerləşir. Poçt ünvanına gəldikdə isə Sovetski küçəsi ev 8 ünvanında yerləşir. Bina modern stilində inşa edilmişdir. XX əsrin əvvəllərində inşa edilmişdir.

Bayquşlu bina
rus. Дом с совой
47°25′03″ şm. e. 40°05′59″ ş. u.
Ölkə  Rusiya
Şəhər Novoçerkassk
Tikilmə tarixi 1910
Memarlıq quruluşu modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Bina Sovetski küçəsi ev 8 ünvanında 1910-cu ildə inşa edilmişdir. Onun sahibi ilk əvvəllər kredit cəmiyyətinin rəhbəri Q. Q. Krivsov olmuşdur. Sonradan isə sahiblik Cənubi Rusiya Texniki Universitetinin professoru M. M. Qrişinə (1891—1979)[1] keçmişdir.

Yaşayış binasının arxitektur stili V. İ. Kulişovun fikirinə görə «fin modernizmidir». Bu cür yanaşmanın əsas səbəbi onun onun fasadının müxtəlif materiallardan istifadə edilərək bəzədulməsidir. Belə ki, bu tip tikililər daha çox şimal ölkələrində müşahidə edilmişdir. Binaların fasadı çöl daşları və plitələrlə üzlənmişdir. Binanın adı onun girişi üzərində olan mərmər bayquş heykəlinə borcludur. Belə ki, bayquş xoşbəxtlik və ailə birliyi anlamını verir. Bu tip qabarıq və kobud görünüşlü fasada malik binalar əsasən orta əsr arxitektur xüsusiyyətlərinə xasdır[2].

Gennadi Aleksadroviç Semenixin «Novoçerkassk» əsrində qeyd olunan bina məhz budur. Ancaq söhbət bu binadan getsədə ünvan tam fərxlidir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Дубинец Т. Ю. Модерн в архитектуре города Новочеркасска Arxivləşdirilib 2017-03-04 at the Wayback Machine «Архитектон: известия вузов» № 46 — Август 2014
  2. Кулишов В. И. В низовьях Дона Arxivləşdirilib 2017-10-06 at the Wayback Machine — Москва: Искусство, 1987 — с.175
  3. Кукушин В. С. История архитектуры Нижнего Дона и Приазовья Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine — Ростов-на-Дону, ГинГо, 1996