Bayram Əliyev (tam adı: Bayram Mədət oğlu Əliyev; 7 iyul 1950, Qızıldaş – 19 yanvar 1990, Bakı) — Qanlı Yanvar şəhidi.[1]
Bayram Əliyev | |
---|---|
Bayram Mədət oğlu Əliyev | |
Doğum tarixi | 7 iyul 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1990 (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Qurd qapısı, Bakı |
Vətəndaşlığı | SSRİ |
Atası | Mədət |
Anası | Züleyxa |
Milliyyəti | azərbaycanlı |
İxtisası | İcraçı |
1950-ci il iyulun 7-də Ermənistan SSR Kalinino rayonunun Qızıldaş kəndində anadan olub.
İlməzli orda kənd məktəbini[2], ardınca isə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. 2 nömrəli evtikmə kombinatında icraçı işləyib.
Ailəli idi. 1990-cı ildə ata və anası təqaüdçü idi.
Necə və harada şəhid olması məlum deyil. Valideynləri Bayramı ölüxanadan tapmışdılar.
Diaqnoz: döş qəfəsinin küt alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara.[3]
Yanvarın 21-də "Volçi vorot" (Qurd qapısı) qəbiristanlığında dəfn edilmişdir.
Bakı, Xutor, 7-ci cərgə, ev 18a.