Bayram Hacızadə

Bayram Hacızadə — "Azərbaycan Karikatura Mərkəzinin" rəhbəri, karikaturaçı-rəssam.

Bayram Hacızadə
Doğum tarixi (56 yaş)
Doğum yeri Bakı
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2007
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Bayram Hacızadə 7 may 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.

  • 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
  • 1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir.
  • 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
  • 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir.
  • 2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur.
  • 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib.
  • 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq karikatura müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. Əsərləri respublikada və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrində qızıl və bürünc medallar, xüsusi mükafatlar və fəxri diplomlara layiq görülüb. Müxtəlif ölkələrdə nəşr olunan satirik jurnalların redaksiya heyətinin üzvüdür. Karikatura sahəsində 6 kitabın, 50-yə yaxın elmi və publisistik məqalənin müəllifidir.
  • 2007-ci ildə Azərbaycan Respublikası "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüb.
  • 2008-ci ildə "Azərbaycanda karikaturanın inkişafı" mövzusunda müdafiə etmiş, sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.
  • 2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" kafedrasında "Karikatura tarixi" fənini tədris edir. Azərbaycanda keçirilən "Molla Nəsrəddin" Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısıdır.
  • 2008-ci ildə ABŞ "Cartoonion" Beynəlxalq Karikaturaçılar Klubuna fəxri üzv seçilmişdir.
  • 2009-cu ildən beynəlxalq "Dünya Karikatura Ensiklopediyası"-nın redaksiya heyətinin üzvü seçilmişdir (İspaniya).
  • 2009-cu ildə Təbriz Karikatura Assosiasiyasına fəxri üzv seçilmişdir (İran).
  • 2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinə üzv seçilmişdir.
  • 2010-cu ildən "Azərbaycan Karikatura Mərkəzinin" rəhbəridir. -Fərdi sərgiləri Azərbaycanda (2008), İranda (2009) və Türkiyədə (2009) təşkil olunmuşdur.
  • 2012-ci ildə M.Ə.Sabirin 150 illiyi münasibətilə “Hophopnamə” adlı fərdi sərgisi təşkil olunmuşdur (Azərbaycan).
  • 2012-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasında “Karikatura tarixi” fənnini tədris edir.
  • 2013-cü ildən “Azərbaycan və dünya satirik qrafikasında məzmun və forma vəhdətlərinin xüsusiyyətləri” adlı doktorluq işi üzərində çalışır.
  • 2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində çalışır.
  • 2016-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi  adı verilmişdir. 19 monoqrafiyanın, 70-ə yaxın elmi və publisistik  məqalənin, tədris vəsaitləri və proqramların müəllifidir.
  • 2016-cı ildə fərdi sərgiləri: “Satirik qrafika” Kiyevdə (Ukrayna), “Sözsüz”  Minskdə (Belarus),  “Dünya karikatura ustaları”  Yekaterinburqda (Rusiya)   təşkil olunmuşdur.
  • 2016-cı ildə Xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsində və karikatura janrının inkişafında göstərdiyi xidmətlərininə görə Belarus Mədəniyyət Nazirliyinin və Y.Kolas Memorial Muzeyinin fəxri diplomuna layiq görülmüşdür.
  • 2017-ci ildə fərdi sərgiləri: “Azərbaycandan sevgilərlə” İstanbulda (Türkiyə), “Tolerantlıq”  Hayfada (İsrail), “Yumor festivalı” Poltavada (Ukrayna), “Müasir Azərbaycan karikaturası” Təbrizdə (İran), “Karikatura” Barselonada (İspaniya), “İroniyalı qrafika” Lesnoy şəhərində (Rusiya) təşkil olunmuşdur.
  • 2017-ci ildə Türkiyə Karikaturaçılar Assosiyasiyasına fəxri üzvü seçilmişdir.
  • 2018-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilmişdir.
  • 2019 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Diplomatik Xidmət Orqanlarının yubiley” medalı ilə təltif edilib.
  • "Azərbaycanın karikaturaçı rəssamları", Bakı, "Çaşıoğlu", 2001.
  • "Müasir Azərbaycan karikaturası", Bakı, "Şərq-Qərb", 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]