Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı.
Bayram Kürdəxanılı | |
---|---|
Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəxanı, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Kürdəxanı, Bakı, Azərbaycan |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | meyxanaçı |
Janr | Meyxana |
Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana"
İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.[1]
2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.[2]
Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb.[3] Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.[3] Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub.[3] Nəticədə meyxana ustası ağır xəsarət alıb.[3] Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.[3]