Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bayram Qasımxanlı 1946-cı ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olub. 1971-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1982-ci ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərib. 1984-cü ildən Bakı eksilibris klubunun sədridir. 1989-cu ildə "Azərbaycan eksilibrisi" adlı kitabı dərc olunmuşdur. Respublikada və xaricdə keçirilən beynəlxalq müsabiqələrdə mükafatlara və diplomlara layiq görülmüşdür. Türkiyədə, İranda, Polşada, Belqradda keçirilən sərgilərdə uğurla çıxış etmişdir. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
Bayram Qasımxanlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Balaxanı, Bakı |
Fəaliyyəti | rəssam |