Bayramlı mis-qızıl təzahürü

Ərtəpə kəndindən 1,5 km. cənub-qərbdə yerləşir. O, şimal-qərb istiqamətli Bayramlı-Masxitqırılma strukturuna daxil olub, Kvarspirit-xalkopirit damarcıqları və bəzən malaxitləşmə ilə müşayiət olunan hidrotermal-metasomatik dəyişmə zonası ilə xarakteriza olunur. Bu zona yer səthində 700 m.-ə qədər öyrənilmişdir. Onun orta qalınlığı 3,1 m.-dir. Zonada misin miqdarı 0,1-0,90 %,molibdeninki 0,002%, qızılınkı 0,1-7,8 q/t, gümüşünkü isə 6,0- 162 q/t təşkil edir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012