Baytar — heyvanların sağlamlığı ilə məşğul olan mütəxəssis. Baytarlar baytar məntəqələrində, heyvanat parklarında və kənd təsərrüfatı müəssisələrində çalışırlar. Baytarlığın əsası heyvanların əhliləşdirilməyə başladığı dövrdən qoyulmuşdur.
Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir".[1]