Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi.
Baza sözü müxtəlif mənalarda işlənə bilər:
- Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə;
- Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat;
- Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə;
- Mənbə;
- Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar.
- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Baza