Baza inflyasiya

“Baza inflyasiya” dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərinqiymətlərinin dəyişimindən və mövsümi faktorlardan təmizlənmiş inflyasiya nəzərdə tutulur. Başqa sözlə, “baza inflyasiya” hesablanarkən qiymətləri dövlət tərəfindən tənzimlənən və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimimal və xidmət növləri “istehlak səbəti”ndən təmizlənir. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “baza inflyasiya”dır.

Məsələn, tutaq ki, hökumət elektrik enerjisinin qiymətinin qaldırılması barədə qərar qəbul edir. Bunun nəticəsində ümumi inflyasiya səviyyəsi də qalxır. Mərkəzi Bank bu qalxmanın qarşısını almağa qadir deyil. Çünki sərəncamında olan alət və mexanizmlər çərçivəsində Mərkəzi Bank yalnız məcmu tələbə təsir göstərməklə inflyasiyanı (sərbəst qiymətləri) tənzimləyə bilir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin dəyəri isə birbaşa tələbdən asılı olaraq dəyişmir. Ümumi inflyasiya kimi “baza inflyasiya” da Dövlət Statistika Komitəsi tərəfindən hesablanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.