Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir.
Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi.
I və II qrup baza yağları – mineral yağlardır. I qrup yağlar təmizliyin aşağı dərəcədə və yüksək kükürd və azot tərkiblərə malik yağlardır, o da tez oksidləşməyə səbəb gətirir. Yarımsintetik yağlar – daha çox II və III qrup yağların birləşməsidir, bəzi istehsalçılarda I və III qrup yağların birləşməsidir. III, IV və V qrup yağlar – sintetik yağlardır. Üçüncü və dördüncü qrup yağlar oxşar istismar xüsusiyyətlərə malikdir: I və II qrupa nisbətən daha yüksək özüllülük indeksi, təkmilləşdirilmiş aşağı temperaturlu və işə salma xüsusiyyətləri. Doymuş karbohidrogenlər tərkibi təxminən 100%, daha yaxşı termooksidli sabitlik, bu yağlar daha gec oksidləşir, daha gec köhnəlir, I və II qrup yağlardan fərqli olaraq istifadə müddəti daha çoxdur. Buxarlanma qabiliyyəti III və IV qrup yağlardan fərqli olaraq daha aşağıdır. Göstərilmiş xassələrinə görə sintetik yağların sərfiyyəti aşağıdır, həmçinin sintetik yağlarda uzun müddət istifadə zamanı daha sabit özüllülük xüsusiyyətlər var. III və IV qruplarda sürtmə dərəcəsi daha aşağıdır və yağlama xüsusiyyətləri daha yüksəkdir, bu sintez texnoogiyasının tətbiqi ilə bağlıdır, harda III və IV qruplarda molekular eyni ölçüdədir. I və II qruplarda molekulalar müxtəlif ölçüdədir, bu da təmizlənmə texnologiyasıdır. V qrup yağlar əsasən sənayedə tədbiq edilir, avtomobil sənayesində çox nadır hallarda istifadə edilir. Üçüncü və dördüncü qruplar, əksinə, avtomobil sənayesində daha geniş istifadə edilir.
Qudronun propanla deasfaltlaşdırılması — qudrondan asfalt-qatranlı birləşmələrin və politsiklik aromatik karbohidrogenlərin bir hissəsini ayırmaq üçün ekstraksiya prosesidir. Prosesin həlledicisi — propandır.
Selektiv təmizləmə — yağ xammalından arzuolunmaz komponentlərin – politsiklik aromatik karbohidrogenlərin və qatran birləşmələrinin selektiv (seçici) çıxarılmasından ibarət ekstraksiya prosesidir. İstifadə olunan həlledicilər: fenol (С6Н5ОН), furfural (С4Н3ОСНО), N-metilpirrolidon-2 (С5Н9NO).
Selektiv (solventlə) parafinsizləşdirmə — ekstraksiya prosesinin bir növü –ekstraktlı kristallaşma. Bərk və maye karbohidrogenlərin aşağı temperaturda bəzi həlledicilərdə müxtəlif həllolma qabiliyyətinə əsaslanır. Bərk karbohidrogenlər polyar və qeyri-polyar həlledicilərdə az həll olurlar; onların həllolma qabiliyyəti bərk maddələrin mayelərdə həllolmasının ümumi nəzəriyyəsinə tabe olur və aşağıdakı müddəalarla xarakterizə olunur. Kristallaşma temperaturundan aşağı temperaturda soyutduqda bərk karbohidrogenlər kristallaşır və məhluldan bərk faza kimi çıxarılır və filtirləmə yolu ilə maye fazadan ayrılır. "MEK-toluol" məhlulunda parafinsizləşmə — mineral yağların istehsalında ən geniş yayılmış proseslərdən biridir. Proses kristallaşma, filtrləmə, deparafinləşmiş yağ və qaçın (petrolatumun) məhlullarından həlledicinin regenerasiyası mərhələlərindən ibarətdir. Yağ fraksiyalarının hidrokatalitik parafinsizləşdirilməsi – prosesində yağların lazım olan donma temperaturuna, normal və azizomerizasiya olunmuş bərk parafin karbohidrogenlərin hidrogenin iştirakı ilə xüsusi katalizatorların aktiv mərkəzlərində selektiv krekinqi ilə nail olunur. Proses zamanı seolitsaxlayan katalizatorlardan istifadə olunur. Katalizatorların tərkibinə həmçinin parafinlərin selektiv krekinq prosesində əmələ gələn doymamış birləşmələri hidrogenləşdirmək üçün hidrogenləşdirici komponentlər (kobalt, molibden və sink oksidləri) daxil edilir.
Yağ fraksiyalarının hidrotəmizlənməsi — baza yağların istehsalının texnoloji sxemində onların rənginin yaxşılaşdırılmasına və stabilliyin artırılmasına səbəb olan son prosesdir. Yağ fraksiyalarının hidrotəmizlənməsi mülayim şəraitdə aparılır, əsasən ən asan hidrogenləşən komponentlər – qatranlı birləşmələrin əsasını təşkil edən kükürd və oksigen saxlayan birləşmələr hidrogenləşməyə məruz qalır. İstehsalın əvvəlki mərhələlərində (əsasən selektiv təmizlənmə zamanı həlledicilərin qızdırılması, regenerasiyasında) alınan olefin birləşmələr hidrogenləşir. Yağın karbohidrogen hissəsi hidrotəmizləmə zamanı ciddi dəyişikliklərə məruz qalmır. Yağ fraksiyalarının hidroizomerləşməsi — hidrogenin iştirakı ilə xüsusi katalizatorda normal parafin karbohidrogenlərinin izoparafinlərə izomerləşməsi nəticəsində lazım olan donma temperaturu əldə etmək prosesidir. Nəticədə yüksək indeksli (125-dən aşağı olmayan), −150C-dən yüksək olmayan donma temperaturuna malik baza yağı alınır.
Sintez prosesləri lazımi xassələrə malik nisbətən sadə molekul birləşmələrin alınmasına imkan verir. Yağın komponentləri kimi istifadə olunan sintetik materialların əsas siniflərinə aşağıdakılar daxidir:
Poliqlikol mayelər istisna olmaqla, bütün sintetik yağlar daha yüngül yüksək indeksli distillə mineral yağlar daxilində onlara xas olan özlülüyə malikdirlər. Onların özlülük indeksi və alışma temperaturu daha yüksək, donma temperaturu daha aşağıdır. Bu ekstremal şəraitdə – həm yüksək, həm də aşağı temperaturda işləməsi üçün yağların kompaundlaşması zamanı onları qiymətli komponentə çevirir.
Sintetik yağların əsas çatışmayan cəhəti, onların təbiətinə görə mineral yağlardan baha olması və istehsal imkanlarının məhdud olmasıdır. Bu, onların çox baha olan xüsusi yağ və sürtkü sahəsində istifadəsini məhdudlaşdırır. Efir tipli mayelərin daha bir qüsuru da var ki, bu da onların karbohidrogenlərə nisbətən kipləşdirici materialların çox şişməsinə səbəb olmasıdır. Buna görə də mineral yağlarda işləməsi üçün nəzərdə tutulan elastomerlərlə təmasda ola biləcək sahələrdə bunladan ehtiyatla istifadə etmək lazımdır.
Polialfaolefinlər (PAO) — ABŞ və Avropada ən geniş istifadə olunan sintetik yağlardır. Onları iki və ya daha çox desen molekullarını oliqomerlərə və ya qısazəncirli polimerlərə birləşdirməklə alırlar PAO — tərkibində kükürd, fosfor və ya metal olmayan təmiz karbohidrogen birləşmələridir. Tərkibində parafinlərin olmaması səbəbindən onlar çox aşağı donma temperaturuna malikdirlər, adətən −400C-dən aşağı. 1000C-də özlülük 2-dən 100 cCt-yə qədər, lakin az özlülüyə malik olan maddələr istisna olmaqla, hamısı üçün özlülük indeksi 140-dan yüksəkdir. PAO yaxşı termiki stabilliyə malikdir, lakin oksidləşməyə qarşı stabilliyi təmin etmək üçün antioksidantların istifadəsi lazımdır. Bəzi aşqarlara görə bu mayelərin həllolma qabiliyyəti məhduddur və onlar kipləşdiricinin büzülməsinə səbəb olurlar. Hər iki qüsuru az miqdarda mürəkkəb efirlərin əlavə edilməsi ilə aradan qaldırırlar.
İki əsaslı turşuların mürəkkəb efirləri — üzvi turşularla spirtlərin qarşılıqlı təsiri nəticəsində sintez edilir. Diefirlər PAO-dan daha çox müxtəlif strukturlara malikdir, amma PAO kimi də onların tərkibində kükürd, fosfor, metal və parafin yoxdur. Donma temperaturu −50 ilə −650C arasında dəyişir. Diefirlərin müsbət cəhətləri onların yaxşı termiki stabilliyinə və çox yüksək həllolma qabiliyyətinə malik olmasıdır. Onlar lakları və çöküntüləri həll etməyə daha çox meyilli olduqları üçün "təmiz işləyəndirlər". Praktikada diefirlər digər sürtkü materiallarının əmələ gətirdiyi çöküntüləri kənarlaşdırma qabiliyyətinə malikdirlər. Hidrolizin qarşısını almaq və oksidləşməyə davamlılığı təmin etmək üçün aşqarların düzgün seçilməsi vacibdir. Bundan başqa, kimyəvi cəhətdən davamlı kipləşdirici materiallarından istifadə etmək lazımdır. Poliolların efirləri, diefirlər kimi, üzvi turşuların spirtlərlə qarşılıqlı təsiri nəticəsində alırlar. Molekullarının tərkibində iki spirt funksional qrupu saxlayan (məsələn, trimetilpropan, neopentilqlikol, pentaeritritol) birləşmələr poliol adlanır. Poliol efirləri tərkibində kükürd, fosfor və ya parafin saxlamır. Onların donma temperaturu −30-dan −700C –yə qədər, özlülük indeksi 120-dən 160-a qədərdir. Bu mayelər çox yüksək termiki stabilliyə malikdirlər və hidrolizə qarşı diefirlərdən daha yaxşı davamlıdırlar. Müvafiq aşqarlarla poliollar diefirlərə və PAO-lara görə oksidləşməyə qarşı daha stabildirlər. Amma kipləşdiriciləri şişirtmək cəhətdən diefirlərə bənzəyirlər. Alkilləşmiş aromatika olefinlərin və ya xlorlaşmış alkillərin benzolla reaksiyasından alınır. Belə mayelər aşağı temperatur xassələrə malik olub, aşqarları yaxşı həll edirlər. Xətti alkil zəncirə malik mayelərdə özlülük indeksi 50-yə yaxın, şaxəli alkil zəncirinə malik mayelərdə isə bu sıfıra yaxındır. Polialkilen qlikollar (PAQ) alkilenlərin oksidlərinin polimerləridir. Yağların xassəsi və hər bir PAQ-ların xarakteristikası, bunların sintezi zamanı istifadə olunan monomerlərdən, son qrupların molekul kütləsindən və xüsusiyyətindən asılıdır. Buna görə də, PAG-lar geniş spektr xassəsinə malik ola bilərlər. Ümumiyyətlə, PAQ-lar yüksək temperaturda yaxşı davamlılığa və yüksək özlülük indeksinə malikdirlər. Onlar çox geniş temperatur diapazonunda istifadə oluna bilərlər. Onlar çöküntü əmələ gətirməyə çox az meyillidirlər və özlərinin yaratdığı parçalanma məhsullarını stabilləşdirmək qabiliyyətinə malikdirlər. Fosfor turşusunun efirləri fosfor oksixloridlə spirt və ya fenolların reaksiyası ilə sintez edilir. Bunlar həm baza yağı kimi, həm də mineral və sintetik sürtkü materiallarında aşqar kimi istifadə olunur. Bunların yaxşı termiki stabilliyi var, donmatemperaturu −25 –dən −50C-yə, lakin özlülük indeksi çox aşağı olub 0-dan −30-a qədərdir.
SN-500 baza yağı selektiv təmizlənmə posesindən keçmiş yüngül baza yağı kimi müəyyən edilir və baza yağlarının təsnifatına əsasən 1 qrup yağlarına aiddir.
İstehsalçı ölkə
SN-500 baza yağı DANA Group (UAE, Dubay) "DANA sürtkü materialları zavodu"nda istehsal olunur. DANA Lubricants beynəlxalq İSO 9001:2008 standartı üzrə sertifikatlaşdırılıb və ən yüksək standartlara cavab verir.
SN-500 baza yağının tətbiq sahəsi
SN-500 baza yağını sürtkü materiallarının istehsalında istifadə edirlər. Bu yağın emalı prosesində tərkibində müxtəlif növ qarışıqlardan təmizlənməsi hidrogenləşmə prosesi ilə aparılır.
SN-500 baza yağının texniki göstəriciləri
Kinematik özlülük, mm2/s,1000C — 10,5–11,5 , ASTM D 445, 400C 97,5–102,0 -"-
Özlülük indeksi 89,0–92,0 ASTM D 2270
Alışma temperaturu, 0C — 225–235 ASTM D 92
Donma temperaturu, 0C — mənfi 3 ASTM D 97
Sıxlıq, 300C — də 0,885–0,890 ASTM D1298
Rəng — 2,0–2,5 ASTM D 1500
Group II mineral yağların dünya istehsalşıları (şirkətləri):
Hidrokrekinq VHVI Group III yağlarının dünya istehsalçıları:
GTL Group III yağlarının dünya istehsalçıları:
PAO Group IV yağlarının dünya istehsalçıları:
Esterlər, Alkil naftalanlar, PAG, Group V baza yağlarının dünya istehsalçıları:
MDB ölkələrinin istehsal etdiyi baza yağları :
Bu məqalə qaralama halındadır. |