Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir.
Bazilika sisterni | |
---|---|
Yerebatan Sarnıcı | |
41°00′30″ şm. e. 28°58′40″ ş. u.HGYO | |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir.[1]
Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı.
Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır.[2]
Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır. Yeraltı qurğunun ölçüləri 145×65 m, həcmi 80 000 kub metr idi. Sisternin tavanını 9 metr hündürlüyündə 336 sütun (hərəsində 28 sütun olmaqla 12 sıra) saxlayırdı.[3] Sütunlar bir-birlərindən 4,80 metr məsafədə yerləşirlər. Sisternin divarı 4 metr qalınlığındadır, odadavamlı kərpicdən tikilmiş və xüsusi sukeçirməyən məhlulla örtülmüşdür.
Sütunların böyük hissəsi qədim məbədlərdən götürülmüşdür, buna görə də, onlar mərmərin növünə və emal üsuluna görə bir-birindən fərqlənirlər, bəziləri bir, bəziləri iki detaldan ibarətdir. İki sütunun altında Meduza Qorqonanın başını görmək olar. Qorqona Meduza ilə olan sütunlardan birində onun başı aşağı, digərində yana doğru çevrilib. Qorqona Meduzalı sütunlardan birinin qarşısında "Arzular hovuzu" yerləşir.
Sisterndən XVI əsrədək istifadə edilirdi. Topqapı sarayının bağının sulanması üçün su buradan götürülürdü. Lakin müsəlman türklər axar su mənbələrindən su götürməyə üstünlük verdiklərindən sistern istifadəsiz qalmışdı və baxımsızlıqdan tədricən unudulurdu.
1544–1550-ci illərdə Bizans dövrünün abidələrini araşdırmaq məqsədilə İstanbula gələn holland səyyahı P. Gyllius yerli sakinlərin öz evlərində döşəmədə açdıqları deşiklərdən balıq tutduqlarını görərək yerin altında olan sisterndən xəbər tutmuşdu. Beləliklə, sistern onun tərəfindən yenidən kəşf edilərək qərb aləminə tanıtdırılmışdı. Sultan III Əhməd və II Əbdülhamidin (1876–1909) dövrlərində sistern təmir edilmişdir. Sonra yenə istifadəsiz qalmış və çirklənmişdir.[2]
1955–1960-cı illərdə 8 sütun uçma təhlükəsi ilə üzləşdiyindən konservasiya işləri görülmüşdü. 1985–1987-ci illərdə o təmizlənib bərpa edilmiş və muzeyə çevrilmişdir.
2013-cü ildə sisterni rekord sayda- 2 milyondan çox turist ziyarət etmişdi ki, bunun da 1 milyon 470 min nəfəri xarici turistlər idi. Bir çoxları bunu Den Braunun "Cəhənnəm" ("İnferno") romanının uğuru ilə əlaqələndirirlər.[4]