Beşyarpaq qıfsәbәt

Beşyarpaq qıfsәbәt (lat. Serratula quinquefolia) — mürəkkəbçiçəklilər fəsiləsinin klasea cinsinə aid biki növü.

Beşyarpaq qıfsәbәt
Elmi təsnifat
Beynəlxalq elmi adı


Sinonim[redaktə | mənbəni redaktə et]

  • Carduus quinquefolius D.Don
  • Serratula quinquefolia Willd.[2]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-120 sm, gövdəsi düz, şırımlı, yuxarı hissədə budaqlanmış, demək olar ki, çılpaq olan çoxillik ot bitkisidir.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları saplaqlıdır, lələkvaribölünmüşdür, 2-4 ədəd yan ellipsşəkilli və ya enli-neştərvari, sivriuclu-mişarvari, sivri və yaxud qısa sivriləşmiş seqmentlərlə; təpə seqmenti iridir, yan tərəfdəki seqment isə yarpağın qaidə hissəsinə doğru kiçilmiş, demək olar ki, oturaqdır və ya qısa saplaqla oxa birləşəndir; yuxarı yarpaqları kəskin azalmışdır, bütövdür, forması enli lansetvaridən dar lanservariyə qədər dəyişir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Səbət yumurtaşəkillidir, yaşıl rəngdədir, eni 8-15 mm-dir. Çiçəkləri azsaylı, uzun düz saplaqda, qalxanvari süpürgə çiçək qrupunda toplanmışdır. Qın yarpaqcıqları kənarlardan ensiz-pərdəli və ağımtıl-tüklüdür. Çiçəkləri bənövşəyi rəngdədir.

Meyvə[redaktə | mənbəni redaktə et]

Toxumları uzunsov, zolaqlı, hamardır; kəkili çirkli-bənövşəyi rəngli yastı, demək olar ki, lələkvari cod tüklərdən ibarətdir, toxumdan azacıq uzundur.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

Avqust-Sentyabr

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Sentyabr-Oktyabr

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, meşə ətrafında, kolluqlar arasında rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.
  2. Beşyarpaq qıfsәbәt:''The Plant List saytında takson barədə məlumat. (ing.)