Beka Kandelaki - gürcüəsilli 2019 ilindən etibarən Azərbaycan adına yarışan güləşçi.[1]
Beka Kandelaki | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | Gürcü |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstan |
Boyu | 1,95 m (6 ft 5 in) |
Çəkisi | 130 kg (290 lb) |
İdman növü | Güləş |
Vikianbarda əlaqəli mediafayllar |
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2024-cü il Avropa Güləş Çempionatında kişilər arasında Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə norveçli Oskar Marviklə 2-2 bərabərə qalıb və son xal üstünlüyü ilə görüşdən qalib ayrılaraq bürünc medal qazanıb. Birinci raundda fin Konsta Mäenpäänı 8-6, 1/4 finalda macar Dáriusz Vitek üzərində 9:0 texniki üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda Rıza Kayaalpla 2-2 bərabərə qalıb və rəqibinin son xal üstünlüyünə malik olduğu üçün matçı uduzaraq bürünc medal uğrunda görüşə yüksəlib.[2][3]