Bekdel testi, Bekdel-Uolleys testi və ya Mo qanunu[1] – uydurmada gender bərabərliyinin qorunub-qorunmadığını müəyyən edən test.[2]
Elison Bekdelin 1985-ci ildə aid "Dykes to Watch Out For" adlı komiks-stripindən adını alan bu testin 3 qanunu var:[2]
Bekdel dostu Liz Uolleysdən, Uolleys isə Virciniya Vulfun 1929-cu ilə aid "Birinin sahib olduğu otaq" adlı kitabından ilhamlanmışdır. Bekdelin ən sevdiyi film olan "Marmot günü" filmi də testi keçməmişdir.[3] Komiks-stripin baş personajı Mo Testa olduğundan bu testə Mo qanunu da deyirlər.[1]
Bekdel testi çox vaxt filmlərə tətbiq olunur. Filmlərin Bekdel testini keçib-keçmədiklərini müəyyən edən BechdelTest.com saytına əsasən 1990-2013-cü illərdə 1.615 film bu testi keçə bilməyib. 1970-2013-cü il statistikasına görə isə bu rəqəm 1.794-dür. Testi mükəmməl şəkildə keçən filmlərin sayı 50 %-dən aşağıdır. Lakin 1970-ci illərdən başlayaraq Bekdel testini keçən filmlərin sayında artım müşahidə olunur.[2]
Bekdel testi əsasında Mako Mori testi və Sfinks testi kimi bənzər testlər ortaya çıxmışdır.[2]