Bekenbey

Bekenbəy - türk mifologiyasında ədalət tanrısı. Yer üzündə ədaləti təmin edər. Ədalətli insanları qoruyur. Yarqanlar (hakimlər) doğru qərarlar verə bilmək üçün ondan kömək istəyərlər. Əlində iti dişləri olan böyük bir toppuzu vardır. Bu toppuzla ədaləti tapdalayanların cəzalandırar. Ədalət cəmiyyətin ən əhəmiyyətli ünsürlərindən biridir və türk tarixində xaqanları, padşahları heç qorxmadan ədalətlə mühakimə, hətta cəzalar verən hakimlərin olduğu izah edilər. Osmanlı tarixi ilə əlaqədar olaraq izah edilən bir hekayədə, bir sultanı mühakimə eden hakimin "Verdiyim cəzanı qəbul etməsəydi, bununla başına vuracaqdım" deyərək arxasında saxladığı topuzunu göstərməsi də mövzuyla əlaqədar ola bilər. Toppuz, ədaləti işarələyən bir obyektdir. Lakin bu ədaləti təsis etmək üçün lazım olduğunda çətin bərqərar olacağını vurğulayır. Ədalət arzusu insanın var olduğu hər yerdə mövcuddur və insanoğlunun nizam istəyiylə, haqqı məğlub olduğunda hiss etdiyi qisas alma duyğusunun varlığı səbəbiylə ortaya çıxmışdır.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Bek) kökündən törəmişdir. Möhkəmlik, düzgünlük, gözləmək, qorumaq, güc mənalarını ehtiva edər. Bekinmek, inad etmək, müqavimət göstərmək deməkdir. Qədim türkcədə Beken / Bike / Begen / pige / Beyem və monqolcada Bah / Baha / Baka sözləri istək, məhkəmə, ümid kimi mənaları ehtiva edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.