Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər.
Bekon üsyanı | |||
---|---|---|---|
Tarix | 1676 | ||
Yeri | Ceymstaun, Vircinya koloniyası | ||
Nəticəsi | Yatırılıb | ||
Münaqişə tərəfləri | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur.[2][3]
Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi. Nəticə etibarilə bir çox sadə insan məskunlaşdıqları regionun ən uc hissəsinə, sərhədlərə doğru sıxışdırılmış şəkildə yaşayırdı.[4] Həyat bu bölgələrdə daha təhlükəli idi. Kolonistlərlə yerli hindu tayfaları arasındakı gərginliyinin artması koloniya daxilində yaşayan sadə sakinlərin etirazlarını daha da artırmışdır.[5] Mühacirlər təhlükənin azadılması üçün koloniya idarəçilərinin yerli hindulara qarşı mübaribə etməsinin tərəfdarı olsalarda, torpaq sahibləri ərazidən gələn gəlirlər səbəbindən mümkün müharibənin baş verməsindən çəkinirdilər.[6][7]
Sərhəddə yaşayanlar hökumətin onları yarı yolda və müdafiəsiz qoyduğunu düşünürdü və bu düşüncə yerli əhalinin koloniya rəhbərlərinə qarşı olan nifrətinin daha da artması ilə nəticələnmişdir. XVII əsrin ortalarında Şimali Amerikada salınmış koloniyalarda yaşayan mühacirlərin əksəriyyəti böyük qıtlıq, şəraitsizlik və təhlükəsizlik kimi problemlərdən əziyyət çəkməkdə idi.[5] Yerli hindu tayfalarının açıq hədəfinə çevirilən mühacirlərlə maraqlanmayan kolonistlərə qarşı olan etirazlar sonda 1676-cı ildə baş vermiş Bekon üsyanı ilə nəticələnmişdir..[8]
Bekon geniş ərazilərə sahib mülk sahibi olsa da, hindularla savaşmağa əhəmiyyət verirdi. Qısa zamanda Nataniel Bekon Vircinya koloniyasında kolonist rəhbərlərə qarşı aparılan mübarizənin simvoluna çevrildi və Vircinya miqrantları onun rəhbərliyi altında birləşdilər. Nataniel Bekon şəhər sakinlərinin parlamenti kimi tanınan koloniya idarəsinə seçildi. Bekon tərəfdarlarının çoxalması Vircinya koloniyasının qubernatoru Vilyam Berklini və tərəfdarlarında təşviş yaratmışdı, bu səbəbdən Bekon bir müddət sonra həbs edilir. Başçılarının həbs olunması xəbərini eşidən Ceymstaun sakinləri iki min nəfərlik qüvvə ilə şura binasına hücum etdi və Qubernator məcburiyyət qarşısında qalıb Nataniel Bekon azad etdi. Bütün bu baş verənlərdən sonra üsyanın baş verəcəyi dəqiqləşmişdi.
Nataniel Bekon Xalq Bəyənnaməsi olaraq adlandırdığı sənəddə üsyanın səbəbləri kimi sərhəddəki mühacirələrin hindulara, sadə xalqın isə zənginlərə olan qəzəbini göstərmişdir. Bekon Qubernatoru hakimiyyətini saxlamaq üçün ədalətsiz vergi sistemi yaratamqda və hindularla qarşı qərbli fermerləri qorumamaqda günahlandırırdı. Bir necə ay sonra Nataniel Bekon xəstələnir və başladılmış üsyan öz əsas hədəflərinə çatmayaraq yatırılır. Otuz silahlı üsyançının olduğu sonuncu qrup York çayının keçərək koloniya ərazisində zərərsizləşdirilmişdir.[9]
Bekon üsyanı Vircinyadakı zəncirvari istismarın bir nəticəsi idi. Sərhəddəki ağlar hinduların torpaqlarını işğal etmişdilər. Bu ağlara Ceymstaunda yaşayan zəngin yuxarı təbəqə tərəfindən vergi qoyulur və idarə edilirdi. Zənginlər və yoxsullar, bir sözlə bütün kolonistlər isə İngiltərə tərəfindən istismar edilirdi. Kolonistlər İngiltərəyə satmaq üçün tütün əkirdilər, ancaq tütünün qiymətini ingilislər müəyyənləşdirirdi. Hər il İngiltərə kralı Vircinya koloniyasından böyük qazanc əldə edirdi.