Bekri Mustafa

Bekri Mustafa (türk. Bekrî Mustafa; XVI əsrXVII əsr) Osmanlı imperiyası dövründə yaşamış lətifəçi və hafiz.

Bekri Mustafa
Doğum tarixi XVI əsr
Vəfat tarixi XVII əsr

1593-cü ildə İstanbulun Fateh ilçəsinin Kadırga adlı səmtində doğulub. XVI əsrin sonlarında və XVII əsrin əvvələrində İstanbulda yaşamışdır. O, lətifələri illərlə xalqın dilində yayılan Osmanlı əyyaşıdır. Spirtli içkiləri qadağan edən IV Murad barəsində yazdığı lətifələr onun bu dövrdə yaşadığını göstərir. Mənbələrdə onun Eminönündə yaşadığı və orada dəfn edildiyi qeyd olunur.[1][2]

Uşaqlıqda aldığı təhsillə hafiz olmuş, kiçik yaşlarından içkiyə başladığı üçün "Bekri" ləqəbini almışdır. Hündürboylu və boylu-buxunlu biri olduğu məlumdur.

IV Muradla olan xatirəsi

[redaktə | mənbəni redaktə et]

Qılıq dəyişdirərək gəzən IV Murad bir gün Bekrinin qayığına minər. Onun içdiyi şeydən o da istəyər. Bekri utancaq olduğu üçün əvvəl çəkinər, daha sonra içkidən ona da verər. IV Murad "mən bunu qadağan etmədimmi?" deyə soruşar. Bekri də "sən kimsən?" deyə soruşar, Murad da "padşaham" deyə cavab verər. Bekri içkini Muradın əlindən alar və belə deyər: "kifayətdir, iki qurtum içib özünü padşah zənn elədin, bir də içsən, haşa, Allaham deyəcəksən".[3]

  1. "Bekri Mustafa kimdir". Sondevir.com (türk). 25 noyabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2024.
  2. "Bekri Mustafa evliya oldu!". Evrensel.net (türk). 25 Eylül 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2024.
  3. Kerem Çalışkan, Herkes için Osmanlı, Caretta Yayıncılık, 2016, İstanbul, s. 387.