Belçikalı Mariya-Esmeralda (III Leopoldun qızı)

Belçikalı Mariya-Esmeralda Adelayd Lilyan Anna Leopoldina (fr. Marie-Esméralda Adelaide Lilian Anne Léopoldine de Belgique; 30 sentyabr 1956[1][2]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir.

Belçikalı Mariya-Esmeralda
Şəxsi məlumatlar
Doğum tarixi 30 sentyabr 1956(1956-09-30)[1][2] (68 yaş)
Fəaliyyəti jurnalist
Atası III Leopold[1][3]
Anası Mariya Lilyan Bael[1][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 sentyabr 1956-cı ildə Laykendə dünyaya gəldi. Atası taxtdan əl çəkdirilən keçmiş Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. Vəftiz atası isə ögey qardaşı olan II Albertdir. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Esmeralda kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. 5 aprel 1998-ci ildə Londonda ingilis əsilli farmakoloq Sör Salvador Monkada ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi.

Jurnalistika üzrə təhsil alan Mariya-Esmeralda yazar və jurnalist olaraq fəaliyyət göstərir. Bundan başqa qadın haqlarının müdafiəsi və təbiətin mühafizəsi üzrə aktivist fəaliyyətləri vardır.

  1. 1 2 3 4 Lundy D. R. Marie Esmeralda de Belgique, Princesse de Belgique // The Peerage (ing.).
  2. 1 2 Esmeralda de Belgique // Babelio (fr.). 2007.
  3. 1 2 The Royal Family: History - King Leopold III.