Belçikalı Mariya-Kristina Dafne Astrid Yelizaveta Leopoldina (fr. Marie-Christine Daphné Astrid Élisabeth Léopoldine de Belgique; 6 fevral 1951[1], Laken sarayı[d][1]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir.
Belçikalı Mariya-Kristina | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 fevral 1951[1] (73 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | əsilzadə, aktrisa |
Atası | III Leopold[1][2] |
Anası | Mariya Lilyan Bael[1][2] |
6 fevral 1951-ci ildə Laykendə dünyaya gəldi. Atası Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. 8 martda keçirilən mərasimlə vəftiz edildi və ögey qardaşı olan Boduen vəftiz atası oldu. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Kristina kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. Ancaq doğulduğu il atası III Leopold taxtdan əl çəkdirildi və ögey qardaşı olan Boduen taxta çıxdı. 1960-cı ilədək ailəsiylə birlikdə Layken sarayında yaşadı. Ardından ailəsiylə birlikdə hökumət tərəfindən onlara təsis edilən bir digər malikanəyə köçürüldülər və Mariya-Kristina ilk təhsilinə burada başladı.
1981-ci ildə 3 aylıq bir təlimlə bağlı Kanadanın Toronto şəhərinə göndərildi. Ancaq sərbəst həyat tərziylə tanışan Mariya-Kristina Belçikaya dönmədi. Elə həmin il özündən 13 yaş böyük, dul bir pianist olan Paul Druker ilə evləndi. Cəmi 5 həftə sonra ayrılan cütlüyün boşanma prosesi 1985-ci ildə tamamlandı. Bütün bu illər ərzində vəftiz atası olan ögey qardaşı Boduenin göndərdiyi maddi dstəklə yaşadı. 1983-cü ildə atasının vəfatıyla Belçikaya qayıtsa da, cənazə mərasiminə qatılmadı. 28 sentyabr 1989-cu ildə əslən fransız olan restoran sahibi Jan-Paul Qorqueslə evləndi və Kaliforniyaya köçdü. Cütlüyün bu nigahdan övladı olmadı.
Ögey qardaşı Boduenin və anası Mariya Lilyan Baelin vəfatları səbəbilə dəvət edilsə də, Belçikaya qayıtmadı. 2005-ci ildə öz xatirələrini nəşr etdirdi və bu xatirələrində ailə üzvlərini, eləcə də anasını sərt bir dillə tənqid etdi. Eyni zamanda Belçikada monarxiyanın ləğv edilməsini tövsiyyə etdi.