Bel məbədi

Bel məbədi— Qalıqları Suriyanın Palmira şəhərində yerləşən qədim məbəd. Məbədin əsası bizim eranın 32-ci ilində qoyulub. Bu məbəd dini mərkəz kimi formalaşan Palmirada ibadət yeri kimi günəş tanrısı Yarhibol, ay tanrısı Aqlibol ilə Sami tanrısı Belə həsr olunub.[1][2] Aeden Kremin hesab edir ki, Palmirada bu yer "ən yaxşı qorunub saxlanılan" məbəd qalıqlarındandır.[3]

Bel məbədi
معبد بل
Xəritə
34°32′49″ şm. e. 38°16′26″ ş. u.HGYO
Ölkə Suriya Suriya
Şəhər Palmira
Yerləşir Hims mühafazası
Tikilmə tarixi 32-ci il
Sahəsi
  • 0,36 ha
Material daş[d]
Bel məbədi (Suriya)
Bel məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbəd təpənin üstündə tikilib. Ərazi sözügedən Ellinizm məbədi və Belin birinci məbədi olan keçmiş məbədlə Roma dövründən qabaq da işğal altında olub. Temenos (bayır divar)[4]Propileinin sütünları ikinci əsrin birinci yarısında və birinci yarısından sonralar da tikilmişdir. Daxili kolonnadaların korinf sütünlarının əksəriyyəti hələ də havadarların heykəllərinin olduğu yerdə pyedestalda nümayiş olunur.[2] Məbəd Palmirada Böyük Kalonnadanın şərq qurtaracağı boyu bir cərgə boyu uzanır.

Məbəd qədim Yaxın Şərq və Yunan-Roma memarlığının qeyri-adi sintezini özündə cəmləşdirib.[1] Məbəd portiklər ilə üzlənmiş böyük sərhədə malik ərazinin içərisində yerləşir. Bu məbəd düzbucaqlı formasındadır və şimaldan-cənuba doğru istiqamətlənib.[1] Bu məbədin əsasını propileium ilə 205 metr uzunluğunda sədd massivi ilə əhatələnmiş meydança təşkil edir. Meydançanın ortasındakı podiumda sella adlanan məbəd binası mövcuddur. Sella bütünlüklə Korinf sütunlarının prostili ilə örtülüb. Sellanı qeyri- adi edən Bel və digər yerli tanrıların məqbərəsi kimi təsis edilmiş şimal və cənub aditonlara – iki daxili ibadətgaha malik olmasıdır. Şimal ibadətgah dəvə və hicablı qadınların yürüşünün təsviri və Zodiakın on iki işarəsi ilə əhatə olunmuş və qədimdə məlum olan yeddi planetin barelyef təsvir olunduğu yer kimi tanınır.[5]

Meydançada nişalı binalar, yeməkxana, mehrab və ləyənin (tas) qalıqları var. Burada üç monumental giriş yolları var. Onlar 1132-ci ildə istehkam tikilərkən Ərəblər tərəfindən dəyişilib və məbəd məscidə çevrilib.[5]

  1. 1 2 3 Gates, 2003, s.390–391.
  2. 1 2 Kaizer, , s.67.
  3. Cremin, s.187.
  4. "Palmyra - Temple of Bel" (ingilis). romeartlover.tripod.com. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr,2014.
  5. 1 2 "Temple of Bel" (ingilis). 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr,2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]