Belarus ərəb əlifbası

Belarus ərəb əlifbası XVI əsrdə meydana gəlmiş ərəb əlifbasına əsaslanan əlifba. Əlifba 28 qrafemdən ibarətdir və ərəb əlifbasından müəyyən dərəcədə fərqlənir.

Belarus ərəb əlifbası litva tatarları tərəfindən istifadə olunurdu. Onlar Böyük Litva knyazlığının hissəsi olan Belarus ərazisində yaşayırdılar. Onlar Qərbi Rus dilini ərəb əlifbası ilə ifadə edirdilər.

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

  • Ərəb dilində olmayan «j», «ç» və «p» səslərinin ifadə olunması üçün türk və fars qrafemlərindən istifadə olunurdu: پ چ ژ.
  • Yumşaq səslər olan «dz» və «ts» səsləri üçün yeni qrafemlər hazırlanmışdı: .
  • «ў» səsi üçün isə xüsusi qrafem yox idi, o elə «v» hərfi kimi yazılırdı: و.

Əlifba[redaktə | mənbəni redaktə et]

Kiril Latın Ərəb
Б, б B, b ب
Ц, ц C, c
Ч, ч Č, č چ
Х, х CH, ch ح
Д, д D, d د
ДЖ, дж DŽ, dž ج
Ф, ф F, f ف
Ґ, ґ G, g غ
Г, г H, h ه
Й, й J, j ى
К, к K, k ق
Л, л Ł, ł ل
М, м M, m م
Н, н N, n ن
П, п P, p پ
Р, р R, r ر
С, с S, s ص
Ш, ш Š, š ش
Т, т T, t ط
Ў, ў Ŭ, ŭ و
В, в V, v و
З, з Z, z ض
Ж, ж Ž, ž ژ
ЦЬ, ць Ć, ć س
ДЗЬ, дзь DŹ, dź
ЛЬ, ль L, l ل
НЬ, нь Ń, ń ن
СЬ, сь Ś, ś ث
ЗЬ, зь Ź, ź ز
ТЬ, ть TJ, tj ت
КЬ, кь KJ, kj ك
' - ع
Ь, ь - -

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Д-р Я. Станкевіч. Беларускія мусульмане і беларуская літаратура арабскім пісьмом. [Адбітка з гадавіка Беларускага Навуковага Таварыства, кн. I.] — Вільня : Друкарня Я. Левіна, 1933 ; Менск : Беларускае коопэрацыйна-выдавецкае таварыства «Адраджэньне», 1991 [факсімільн.]. — 3-е выд.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]