Belarus Həmkarlar İttifaqları Federasiyası

Belarus Həmkarlar İttifaqları Federasiyası (belar. Фэдэрацыя прафсаюзаў Беларусі) — Belarusun ən böyük milli həmkarlar ittifaqları birliyi.[1] Mərkəzi ofisi Minsk şəhərində yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Belarus Həmkarlar İttifaqları Federasiyası 1990-cı ildə yaranmışdır.[1]

1991-1995-ci illər ərzində daha 7 həmkarlar ittifaqı yarandı və beləliklə, Federasiyanın ətrafında artıq 31 təşkilat birləşdi.[1] Bu təşkilatların xidmətində isə 31378 ilk, 454 şəhər, rayon həmkarlar ittifaqı komitəsi fəaliyyət göstərirdi.[1] Zaman keçdikcə onların hər biri yetərincə güclü nüfuza malik oldular, sıralarını genişləndirdilər.[1] Bəzi təşkilatlar artıq öz qəzetlərini də nəşr etməyə başladılar.[1]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Qurumun əsas məqsədi təşkilatların qüvvə və istiqamətini birləşdirmək, qarşıya qoyulan məsələləri kökündən həll etmək, ölkədə işçilərin hüquqlarını tam qorumaqdır.[1]

Tərkibi[redaktə | mənbəni redaktə et]

24 sahə təşkilatını özündə cəmləşdirir.[1] 4 milyon üzvü var (15.03.2011).[2]

Rəhbəri[redaktə | mənbəni redaktə et]

Qurumun hazırkı rəhbəri Leonid Kozikdir.[1]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Arzu ŞAHBAZİ. Belarus həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.06.2012.  (az.)
  2. Юлія Ваніна (15 сакавіка 2011) Фэдэрацыя прафсаюзаў Беларусі акажа гуманітарную дапамогу грамадзянам Японіі Грамадзтва. Беларускае тэлеграфнае агенцтва.  (bel.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • fpb.by — Belarus Həmkarlar İttifaqları Federasiyasının rəsmi saytı