Belarus referendumu (1995)

1995 Belarus referendumu və ya dörd-suallı referendum14 may 1995 tarixində Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko tərəfindən keçirilən ölkənin ilk referendumu. Referendumda dörd sual soruşuldu.[1][2] Birinci sual Belarusrus dilinin bərabər şəkildə istifadəsi, ikinci sual Rusiya Federasiyası ilə iqtisadi inteqrasiya, üçüncü sual Belarus dövlət bayrağının və dövlət gerbinin dəyişməsi, dördüncü sual isə, Ali Sovetin səlahiyyətlərinin Dövlət Prezidenti tərəfindən sonlandırılması idi. Referendumunda müvafiq olaraq 87%, 79%, 87% və 82% lehinə səs verilmişdir.

Mübahisəli referenduma faşist işğalı zamanı istifadə olunan bayraqlar və gerblər müzakirə mövzusu olmuşdur.[3]

Suallar və nəticələr

[redaktə | mənbəni redaktə et]

Rus dilinin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Birinci sual "Siz rus dilini Belarus dili ilə eyni statusa keçirməyi qəbul edirsiz?" idi.

Seçim Səslər %
Lehinə 4,017,273 86.8
Əleyhinə 613,516 13.2
Xətalı və ya boş səslər 192,693
Ümumi 4,823,482 100
Qeydiyyatdan keçmiş seçici/iştirakçı 7,445,820 64.8
Mənbə:[4]

Rusiya ilə iqtisadi inteqrasiya

[redaktə | mənbəni redaktə et]

İkinci sual "Siz prezidentin Rusiya ilə iqtisadi inteqrasiyanı hədəfləyən hərəkətləri dəstəkləyirsinizmi?" idi

Seçim Səslər %
Lehinə 3,622,851 78.6
Əleyhinə 988,839 21.4
Xətalı və ya boş səslər 211,792
Ümumi 4,823,482 100
Qeydiyyatdan keçmiş seçici/iştirakçı 7,445,820 64.8
Mənbə:[4]

Dövlət rəmzləri

[redaktə | mənbəni redaktə et]

Üçüncü sual "Yeni Belarus dövlət bayrağıgerbinin tədqim edilməsiylə əlaqədar təklifi dəstəkləyirsiniz?" idi.

Choice Votes %
Lehinə 4,020,001 87.0
Əleyhinə 602,144 13.0
Xətalı və ya boş səslər 201,337
Ümumi 4,823,482 100
Qeydiyyatdan keçmiş seçici/iştirakçı 7,445,820 64.8
Mənbə:[4]

Parlamentin vəzifədən azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Dördüncü sual "Siz Konstitusiyanın sistematik və ya ciddi pozulması hallarında Belarus Respublikasının Prezidenti tərəfindən Ali Sovetin plenar səlahiyyətlərinin erkən dayandırılmasını təmin edən Belarus Respublikasının fəaliyyət göstərən konstitusiyasına dəyişikliklərin edilməsi zəruriliyini dəstəkləyirsiniz?" idi

Choice Votes %
Lehinə 3,749,266 81.4
Əleyhinə 857,485 18.6
Xətalı və ya boş səslər 216,731
Ümumi 4,823,482 100
Qeydiyyatdan keçmiş seçici/iştirakçı 7,445,820 64.8
Mənbə:[4]

Yeni konstitusiya dəyişikliklərinin tərəfdarı Aleksandr Lukaşenko, bu referendumun xüsusilə Böyük Vətən müharibəsi əsnasında əldə edilən qalibiyyətlə əlaqəli olduğunu vurğuladı və referandum nəticəsini qalibiyyət elan edərək "Vuruşduğunuz ölkənin bayrağını sizə geri qaytardıq. Sizə həm xatirəni həm də qüruru geri qaytardıq" ifadələrindən istifadə etdi.[5] Yeni seçilən dövlət gerbinin Belarus xalqının sülhsevər təbiətini simvolikləştirdiyi deyilmişdir.[6]

  1. Z. Szıbieka. Historia Białorusi 1795-2000. Lubnin. 2002.
  2. "Центральной комиссии Республики Беларусь по выборам и проведению республиканских референдумов" (PDF). Rec.gov.by. 2016-10-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  3. "Belarusian state symbol "Pahonia" - "Chase" / "Pahonia" Today". Belarusguide.com. 2016-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  4. 1 2 3 4 Nohlen & Stöver, pp255-256
  5. Vitali Silitski. "A Partisan Reality Show". Belarus News and Analysis. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  6. "14 мая - День Государственного герба и Государственного флага Республики Беларусь". School-city.by. 2007-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.