Belarusda islam — Belarusiyada islam uzun tarixə malikdir. Belarusiyada islam dini 14–16-cı əsrlərdə indiki Belarusu təşkil edən torpaqlarda Lipka tatarları tərəfindən gətirilmişdir. 2007-ci ilə olan məlumata görə, Belarusda 45.000 müsəlman var ki, bu da ümumi əhalinin 0,5%-nə bərabərdir.[1]
1994-cü ildə bütün Belarus müsəlmanlarının I qurultayı keçirildi. Nəticədə Belarus Respublikasının Müsəlman Dini İcması yarandı. Qurumun yarandığı gündən ona rəhbərliyi İsmayıl Aleksandroviç edir. 1997-ci ildə 23 islam icması var idi, onlardan 19-u Belarusun qərb bölgələrində idi. 2007-ci ildə Əhmədiyyə müsəlmanlarının Belarusda öz etiqadlarını həyata keçirmələri açıq şəkildə qadağan edildi, ölkədə qadağan olunmuş digər dini qruplara da oxşar status verildi.[2][3] Bu qadağaya əsasən, 13-ü yerli Belarus vətəndaşı olmaqla, 30 Əhmədiyyə müsəlmanı ibadət və ya nümayəndələrinin olması kimi fəaliyyətlərlə məşğul ola bilməz, onların belə hüquqları yoxdur. Belarus Avropada yeganə ölkədir ki, İslam peyğəmbəri Məhəmməd haqqında karikaturalar dərc etdiyinə görə qəzet redaktorunu həbs edib.[4] 18 yanvar 2008-ci ildə Aleksandr Sdvijkov "dini ədavəti qızışdırmaq" ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.[5] Bu gün Qrodno vilayətində Smiloviçi, İvye, Slonim və Novoqrudokda məscidlər var. Minsk vilayətinin Kletsk və Vitebsk vilayətinin Vidzı şəhərlərində də məscidlər var. 1900–1902-ci illərdə Minskdə bir məscid tikilmişdir. Məscid altmış il sonra kommunistlər tərəfindən dağıdıldı. 2016-cı il noyabrın 11-də Minskdə məscid yenidən açılıb.