Belarusda prezident seçkiləri (2020)

Belarusda Prezident seçkiləri 2020 — Belarus ərazisində baş tutan növbəti (altıncı) Prezident seçkiləri. Prezident seçkilərinin Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 08.05.2020-ci il tarixli Qərarına əsasən 2020-ci il avqustun 9-da baş tutması qərara alındı.

← 2015  Belarus  2025 →
Belarusda prezident seçkiləri, 2020
9 avqust 2020
Seçici fəallığı 84.05 %
Namizəd Aleksandr Lukaşenko Svetlana Tixanovskaya
Partiya Bitərəf Bitərəf
Səslər 4 652 422
(82.22 %)
574 312
(9.90 %)
Belarusun əraziləri
Belarusun əraziləri

Belarus Konstitusiyasına əsasən 2020-ci ildə Belarusda Prezident seçkiləri baş tutmalı idi. 2020-ci il mayın 8-də Belarus Milli Məclisin Nümayəndələr Palatasının Prezident seçkilərinin 9 avqust 2020-ci il tarixinə təyin edilməsini qərara aldı.

10–15 mayda təşəbbüs qruplarının qeydiyyata alınması üçün MSK-ya müraciətlər göndərildi. Nəticədə 55 təşəbbüs qrupunun qeydiyyata alınması ilə bağlı müraciət göndərildi.

MSK-nın mayın 15-də, 18-də və 20-də baş tutan üç iclasının nəticəsində təşəbbüs qruplarının müraciətlərinə baxıldı. Nəticədə 55 təşəbbüs qrupunun 15-i qeydiyyata alındı, 40 müraciətə isə "mənfi" cavab verildi.

Mayın 22-də MSK tərəfindən ərazilər üzrə Dairə Komissiyaları yaradıldı.

Mayın 28-də Qrodno şəhərində mitinq zamanı Svetlana Tixanovskayanın lideri olduğu təşəbbüs qrupunun üzvü Sergey Tixanovskidə daxil olmağla 10 nəfər saxlanıldı.

Tarix
Plan
8–20 may
DSK-ların formalaşdırılması
20 may — 7 iyun
Məntəqələrinin hazırlanması
7 iyun — 24 iyun
MnSK-ların formalaşdırılması
21 may — 20 iyun
Prezidentliyə namizədlərin irəli sürülməsi
20 iyun — 4 iyul
Prezidentliyə namizədlərin sənədlərin MSK-ya tədim edilməsi
5 iyul — 14 iyul
Prezidentliyə namizədlərin qeydə alınması
15 iyul — 8 avqust
Təbliğat-təşviqat işlərinin aparılması
4 avqust — 8 avqust
Növbədənkənar səsvermə
9 avqust
Səsvermə günü
9 avqust — 19 avqust
MSK tərəfindən nəticələrin elan edilməsi
9 avqust — 23 avqust
2-ci tur səsvermənin aparılması (Zərurət yaransa)

Qeydə alınan namizədlər

[redaktə | mənbəni redaktə et]
Sıra
Namizəd
Partiya
Tərcümeyi-halı
1.
Aleksandr Lukaşenko
Bitərəf 1954-cü ildə anadan olub. Milliyyətcə belarusdur. 1975-ci ildə A. Kuleşov adına Mogilyov Dövlət Universitetini, 1985-ci ildə isə Belarus Kənd Təsərrüfatı Universitetini bitirib. İxtisasca tarixçi və iqtisadçıdır. 1975–1977-ci illərdə Sərhəd Qoşunlarında, 1980–1982-ci illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olub. 1990-cı ildə Belarus Ali Sovetinin deputatı, 1994-cü ildə isə Belarus Ali Sovetinin sədri seçilib. 1994-cü ildən Belarusun Prezidentidir. 1994, 2001, 2006, 2010 və 2015-ci illərdə yenidən Belarus Prezidenti seçilib. Bitərəfdir. Ailəlidir, üç oğlu var.[1]
2.
Andrey Dmitriyev
Bitərəf 1981-ci ildə anadan olub. Milliyyətcə belarusdur. 2015-ci ildə Litvada Avropa Humanitar Universitetini (EHU) bitirib. İxtisasca politoloqdur. 2019-cu ildən "Həqiqəti Söylə" Araşdırma və Təhlil İctimai Birliyinin həmsədridir. Bitərəfdir. Ailəlidir, üç oğlu var.[2]
3.
Anna Kanopatskaya
Bitərəf 1976-cı ildə anadan olub. Milliyyətcə belarusdur. Belarus Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. Biznes fəaliyyəti ilə məşğuldur. 2016–2019-cu illərdə Belarus Milli Məclisinin Nümayəndələr Palatasının üzvü olub. Bitərəfdir. Ailəlidir, bir oğlu və bir qızı var.[3]
4.
Sergey Çereçen
BSDP 1985-ci ildə anadan olub. Milliyyətcə belarusdur. Belarus Dövlət İnformasiya və Radio Universitetini bitirib. İxtisasca telerabitəçidir. Biznes fəaliyyəti ilə məşğuldur. "C58 Technologies" MMC-nin sədridir. 2018-ci ildən Belarus Sosial-Demokrat Partiyasının (BSDP) sədridir. BSDP üzvüdür. Ailəlidir, bir qızı var.[4]
5.
Svetlana Tixanovskaya
Bitərəf 1982-ci ildə anadan olub. Milliyyətcə belarusdur. Mozir Dövlət Pedaqoji Universitetini bitirib. İxtisasca ingilis dili və alman dili müəllimidir. İrlandiyanın "Chernobyl Life Line" xeyriyyə cəmiyyətində ingilis dili tərcüməçisi olaraq çalışıb. Bitərəfdir. Ailəlidir, 2 övladı var.[5]

9 avqust gününün xronologiyası

[redaktə | mənbəni redaktə et]
Sıra
Namizəd
Partiya
Səslərin nəticələri
Səslər
%
1.
Aleksandr Lukaşenko Bitərəf
4 652 422
82.22
82,22 / 100
2.
Svetlana Tixanovskaya Bitərəf
574 312
9.90
9,90 / 100
3.
Anna Kanopatskaya Bitərəf
97 926
1.68
1,68 / 100
4.
Sergey Çereçen BSDA
65 784
00.00
1,14 / 100
5.
Andrey Dmitriyev Bitərəf
60 542
00.00
1,04 / 100

Ərazilər üzrə nəticələr

[redaktə | mənbəni redaktə et]
Sıra
Ərazi
Seçici fəallığı (%)
Səslər
%
Səslər
%
Səslər
%
Səslər
%
Səslər
%
1.
Brest vilayəti
92,98 / 100
0
0
0
0
0
0
0
0
0
0
2.
Vitebsk vilayəti
82,74 / 100
0
0
0
0
0
0
0
0
0
0
3.
Qomel vilayəti
90,82 / 100
0
0
0
0
0
0
0
0
0
0
4.
Qrodno vilayəti
88,82 / 100
0
0
0
0
0
0
0
0
0
0
5.
Minsk vilayəti
84,54 / 100
0
0
0
0
0
0
0
0
0
0
6.
Mogilyov vilayəti
90,44 / 100
0
0
0
0
0
0
0
0
0
0
7.
Minsk şəhəri
66,10 / 100
0
0
0
0
0
0
0
0
0
0
Ümumi
84,05 / 100
0
0
0
0
0
0
0
0
0
0
  1. "ЛУКАШЕНКО Александр Григорьевич" (rus.)). 05.08.2020. 2020-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.08.2020.
  2. "ДМИТРИЕВ Андрей Владимирович" (rus.)). 05.08.2020. 05.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2020.
  3. "КАНОПАЦКАЯ Анна Анатольевна" (rus.)). 05.08.2020. 05.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2020.
  4. "ЧЕРЕЧЕНЬ Сергей Владимирович" (rus.)). 05.08.2020. 2020-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.08.2020.
  5. "ТИХАНОВСКАЯ Светлана Георгиевна" (rus.)). 05.08.2020. 05.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2020.