Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir.
Belaya çayı | |
---|---|
rus. Белая | |
Ölkə | Rusiya |
Mənsəbi | Kaqalnik çayı |
Uzunluğu | 73 km |
Hövzəsinin sahəsi | 503 km² |
DSR[rus.] | 05010301012107000010635 |
Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi.
Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır. Bir az axdıqdan sonra çalaya toplanır və burada axarlı göl əmələ gətirir. Göldən bir qədər aralıda Kaqalnik çayına sol istiqamətdən tökülür.
Burada nərəkimilər, karp, som və digər balıqlara rast gəlmək mümkündür. Burada həvəskar balıqçılıq inkişaf etmişdir. Çay əsasən yağış, qar və yer altı sularla qidalanır. Bölgəyə xass xüsusiyyətlərdən biri yazda suyunda gur sululuq müşahidə edilir. Bu isə qar sularınln əriməsi ilə əlaqədardır.
Çayın axdığı rayonlar:Morozovski, Simlyanski, Konstantinovski
Dövlət su reyster xidmətinin məlumatına görə çay Don hövzəsi dairəsinə daxildir. Şimali Dones çayına daxildir. Aid olduğu hövzə — Don çayı (Rusiyaya aid hövzəsi) Dövlət su reyster xidmətinin obyektə verdiyi kod — 05010301012107000010635[1].