Belfor ərazisi — Frnsanın şərqində, Burqundiya - Franş-Konte regionunda yerləşən departament. 1922-ci ildə Belfor ərazisi əsası qoyulmuşdur. Sıra sayı 91, inzibati mərkəzi isə Belfor şəhəridir. 2010-cu ilin məlumatlarına əsasən departament ərazisində olan əhalinin sayı 146.475 nəfərə çatmışdır.
Belfor ərazisi | |
---|---|
Territoire de Belfort | |
47°38′17″ şm. e. 6°51′41″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 7 sentyabr 1871 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
territoire-belfort.gouv.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Departamentin ərazisi 609 km²dir. Əraziyə 1 rayon, 15 kanton və 102 kommun daxildir.
Belfor ərazisi kimi tanınan Fransa departamenti 1871-ci ildə Frankfurt müqaviləsi şərtləri ilə yaradılmışdır. 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi sonunda Almaniya ilə Fransa arasında Frankfurt sülh müqaviləsi bağlanmışdı. Müqavilə şərtlərinə görə yeni qurulmuş Almaniya Elzas və ərazinin dörd hissəsini: Lotaringiya, Yuxarı Reynin cənub-qərb və sərhədlərin böyük bir hissəsini zəbt etdi, yalnız Belfor şəhəri Fransanın tərkibində qaldı.
1922-ci ildə Elzası Fransanın sərhədlərinə qaytarılması gözlənilirdi. Lakin, Belfor ərazisi rəsmi olaraq 90-cı illərdə Fransanın departamenti elan edildi. Fransada 1982-ci ildə qəbul edilmiş mərkəzsizləşmə haqqında qanunvericiliyə görə, inzibati-ərazi quruluşları yaradılmışdır. Fransanın bölgələri və Belfor ərazisi. Həmin vaxt Elzas bölgəsi deyil, Franş-Konte bölgəsinə Fransanın tərkibinə daxil edilmişdir.[3]