Belinskiy (rus. Белинский район) — Rusiya Federasiyasında yerləşən rayon Penza vilayətinə daxildir
Rusiya rayonu | |||||
Belinski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
52°58′ şm. e. 43°25′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 16 iyul 1928 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Digər | |||||
rbel.pnzreg.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyanın Penza vilayətində şəhər. Penza torpaqlarında tarixən tatarlar, mordvalılar yaşamışlar. Kazan xanlığının işğalından sonra tamamən Rusiyaya birləşdirilməsinə başlanılmışdır. Ruslarla bağlı Çembar (Çəmbər) kəndinə aid ilk sənədli məlumat 1723-cü ilə aiddir. Mordva tatarlarının ana yurdu olan Çembar 1700-cü ildən rus şəhəri kimi məskunlaşdırılaraq inkişaf etdirilməyə başlandı. Mərkəzi Hərbi Tarixi Dövlət Arxivində bu şəhərə köçürülmüşlərlə bağlı saxlanılan 1784-cü ilə aid sənəddən məlum olur ki, Çembarda ta qədimdən Mordvalılar yaşamışlar. Lakin 1963-cü ildə şəhər daxilində su boruları xətti çəkilişi zamanı qədim məzarlığa rast gəlindi. Bunlar tatar qəbirləri idi. Ölülər oturmuş vəziyyətdə dəfn olunmuşdular. Bu tarix çox şey deyirdi. Deməli burada təkcə mordvalılar yox, tatarlar da yaşamışlar. 1780-ci ildə II Yekaterinanın fərmanı ilə əyalət şəhəri, periferiya sayılan Çembara şəhər statusu verildi. Çembar yeni planla tikilməyə başladı. Yekaterinanın ölümündən sonra hakimiyyətə gələn oğlu Pavel dövlətin böyük siyasətindən başlamış, xırda kiçik güzəştlərədək çariçə anasının əmrlərini indi tərsinə oxuyurdu; Çembarın statusu dayandırılır. Lakin yeni çar I Aleksandr hakimiyyətə gələn kimi Çembarın inzibati mərkəz statusunu bərpa etdi. Get-gedə burada zadəganlar, tacirlər, şəhər sənətkarları artıb çoxalmağa başladı. Artıq daş kilsələr tikildi. Ilk kilsə Nikolsk kilsəsi idi. Etimoloq alim Maks Fasmer Ulyanovsk şəhərinin 1924-cü ilədək olan Sinbir(sk) adının çuvaşca Tsembər şəklində tələffüzü ilə Çembar~Çəmbər adı arasında bir eynilik görür. Çəmbər şəhərindən azca aralı böyük Çembar çayı (indiki adı Bolşoy Çembar) axmaqdadır. Çox ehtimal ki, çayın Çembar adı ilə (Çembar,Çəmbər "əyri, dönük" ) üstündəki şəhərin adı əlaqəlidir. KDQ-da : Çəmbərümə alca qanım dökəyimmi? Burada çəmbər dedikdə "yəhərin qaşı" nəzərdə tutulur. Ermənistanda qədim Çəmbərək diyarı, Bakının şəhərdaxili tarixi ərazi adlarından olan Çəmbərəkənd məhz öz relyeflərinə görə belə adlanmışdır. Dövrün memuar ədəbiyyatlarında Çəmbər (Çembar) şəklində işlədilir. Çəmbərdə baş verənlərdən sonra Nikolay Petroviç daha öz arabaçısı Yakovla yola çıxmırdı. (A. Smirnova-Rosset. Vospominaniya. Pisma. s.101.) ; "Tarxan kəndi Çəmbərdən şərqdə poçt yolundan 14 verst aralıda yerləşir.2. Qeyd : Çənbər şəhərinin adı 1948-ci ildə dəyişdirilib rus ədibi V. Belinskinin şərəfinə Belinski şəhəri qoyulmuşdur.(V. Q. Belinski (1811-1848) rus inqilabçı demokratı, ədəbi tənqidçi, publisist, bu şəhərdə doğulmuşdur) Belinski bir vaxtlar öz ilk iri məqaləsini "Çembar" deyə imzalamışdır
150 milyon
Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |