Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır. Tədqiqatlar göstərir ki, Bell iflicinə tutulmuş xəstələrdə üz sinirinin funksiyası 70–80% xəstədə spontan bərpa olunur. Lakin, xəstəliyin spontan aradan qalxmasına baxmayaraq, xəstəliyin simptomlarının başlandığı gündən eitbarən 7 günlük asiklovir və ya valasiklovir preparatının qəbulu tövsiyə edilir. Anti-virus preparatının qəbulu həm xəstələrin tam normallaşmasını tezləşdirir, həm də üz sinirinin funksiyalarının tam bərpası ehtimalını artırmış olur. Üz sinirinin periferik iflici və ya Bell İflici — üz sinirinin idiopatik kəskin periferik iflicidir və üz əzələlərinin iflicinə səbəb olur. Üz siniri həm də göz yaşı (lacrimalis) və tüpürcək vəzlərini innervasiya edən, dilin ön üçdə iki hissəsinin dad tumurcuqlarına hissiyat lifləri verən parasimpatetik liflərdən ibarətdir. Bell iflici onu ilk dəfə təsvir edən, habelə üz sinirinin anatomiyası və funksiyasını izah edən Ser Çarlz Bellin (1774–1842) şərəfinə adlandırılıb. Bell İflici ildə təxminən hər 100.000 nəfərdən 15–30 nəfərdə qeydə alınır və kişi və qadınlarda yayılması dərəcəsi eynidir. Bell İflici diabeti olan və hamilə qadınlarda daha çox rast gəlinir. Bir dəfə Bell iflici keçirmiş xəstələrdə, onun təkrarlanması riski 8%-dir. Ümumiyyətlə, üz sinirinin iflici bir sıra səbəblərdən yarana bilər. Qulaq və ya parotid tüpürcək vəzinin (məs., xolesteatoma, tüpürcək vəzinin törəmələri) struktur patologiyaları üz sinirinin kompressiyasına və iflicinə səbəb ola bilər. Periferik sinir ifliclərinin digər səbəblərinə isə Qiyen-Bare sindromu, Laym xəstəliyi, orta qulağın otiti, Ramze-Hunt Sindromu (üz siniri zonasında herpes Varicella Zoster virusunun yayılması), sarkoidoz və bəzi qrip əleyhinə vaksinlər aiddir. Bu səbəblərdən üz sinirinin birtərəfli iflici simptomları ilə yanaşı digər əlavə simptom və əlamətlər də müşahidə edilir.
Bell iflici | |
---|---|
XBT-10-KM | G51.0 |
XBT-9-KM | 351.0[1][2] |
DiseasesDB | 1303 |
MedlinePlus | 000773 |
MeSH | D020330 |
Vikianbarda əlaqəli mediafayllar |
Bell iflici olan xəstələr adətən üzün bir hissəsinin tam iflici və ya üz əzələlərinin zəifliyindən şikayətlənir. Sifətin qırışları və nazo-labial (burun-dodaq) qat yoxa çıxır, alının qırışlanması itir və ağızın küncü sallanır. Göz qapaqları tam bağlanmır və aşağı göz qapağı aşağıya əyilir. Gözü bağlamaq istədikdə isə göz yuxarıya doğru yumurlanır (Bell fenomeni). Gözün göz yaşı ilə yağlanmasının çatışmazlığı və daim havaya məruz qalması onun zədələnməsinə səbəb olur. Göz yaşının ifrazı azalsa da, bəzi hallarda göz qapaqlarının bağlanmaması səbəbindən artıq lakrimasiya (göz yaşlarının axması) da müşahidə edilə bilər. Qida və tüpürcək ağızın iflicə məruz qalmış tərəfində yığılmış olur və ağızın küncündən çölə tökülə bilir. Xəstələrin əksəriyyəti iflic səbəbindən yaranan keyləşmə hissindən şikayətlənsə də, üzün hissiyatı saxlanmış olur. Bell iflicinə məruz qalan xəstələrdə üz əzələlərinin iflici bir neçə gün və maksimum 1 həftə ərzində tam zirvəyə çatmış olur. Üz əzələlərinin daha ləng və ya 2 həftədən çox müddətdə inkişaf edən iflici alternativ diaqnozun axtarışına səbəb olmalıdır.[3]