"Bella Çao" (it. Bella ciao — Əlvida, Gözəl) — II Dünya müharibəsində Moden dağlarında müqavimət göstərən İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısı. 1940-cı illərin dillər əzəbərinə çevrilən bu mahnı bütün dünyada məşhurlaşır.
"“Bella Çao” “Əlvida Gözəl”" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | İkinci dünya müharibəsi |
Janr | marş |
Dil | italyanca |
Müddət | 1:48 |
Bəstəkar | naməlum partizan |
Sözlərin müəllifi | naməlum partizan |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mahnı italyan partizanları tərəfindən ifa olunması sənədlərdə təsdiqlənmişdir. Onun bir həkim və ya feldşer olan bir naməlum partizan tərəfindən bəstələndiyi zənn edilməkdədir, lakin əsasən Mahnının sözlərinin müəllifi bilinmir, amma mahnının köklərinin 20-ci əsrin əvvəlində Po çayı ətrafında düyü yığanlar tərəfindən oxunan "Alla mattina appeana alzata" adlı xalq mahnısına gedib çıxdığı versiyalar arasındadır. Başqa versiyaya görə isə 1930-cu ildə İtaliyaya qayıdan mühacirlər tərəfindən gətirilib. Musiqisi Bethovenin sonata "Parhetique"nın 3-cü hissəsinə bənzəyir. Mahnı Giovanna Daffini tərəfindən 1962-ci ildə yenidən oxunmuşdur.
Sözləri demək olar ki, xalq mahnısı olan 'it. Fior di tomba ("Məzarüstü çiçək") ilə də eynilik təşkil edir. Beləki, "Terazino çiçəyi", "Rozina çiçəyi" və "Və döyülür, döyülür qapı" (it. E picchia picchia la porticella). Hal-hazırda italyanca mətninin bir neçə variantı mövcuddur. Məsələn; "stamattina" ("bu gün səhər") ola bilsin ki, "una mattina" ("bir gün səhər") kimi ifa edilsin. İfa edənin birinci şəxs kişi və qadın olmasından asılı olaraq cinsə görə qrammatik formasını dəyişir. Musiqisi qədim uşaq "Yuxu içkisi (şirəsi)" nəğməsi ya laylasından götürülmüşdür.
(italyanca) Una mattina mi son svegliato, |
(azərbaycanca) Bu gün sübhdən məni oyatdılar |
Mahnını 1963-cü ildə Müslüm Maqomayev italiyadan döndükdən sonra öz repertuarına salır. Müslüm Maqomayev mahnının iki, italyan və rus (Anatoli Qoroxovun tərcüməsində) variantlarında ifa etmişdir.