Belqorod bayrağı Rusiya Federasiyasının Belqorod vilayətinin Belqorod şəhərinin rəsmi simvollarından biridir (gerblə birlikdə). Bayraq şəhər sakinlərinin birliyinin və qarşılıqlı fəaliyyətinin simvoludur.
Belqorod bayrağı | |
---|---|
Təfərrüatlar | |
Vikianbarda əlaqəli mediafayllar |
Mövcud bayraq 22 iyul 1999-cu ildə Belqorod Şəhər Deputatları Şurasının 321 saylı qərarı ilə təsdiq edilmiş və 2002-ci ildə 978 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir.[1]
Belqorod şəhərinin bayrağında (aşağıda ağ zolaq olan mavi kətan) arxa ayaqları üzərində dayanmış, üstündə ağ qartal uçan sarı aslan təsvir edilmişdir. Şəhər simvollarının 300 ildən çox yaşı var və I Pyotrun dövründə meydana çıxıb. Rus çarı Poltava döyüşündə (1709) isveçlilər üzərində qələbənin şərəfinə belqorodlulara gerbi təqdim edib. 1712-ci ildə gerb düşməni məğlub edən Belqorod alayının bayrağında təsvir edilmiş və 1727-ci ildə yeni yaradılmış vilayətin simvoluna çevrilmişdir.[2]